• Şokoladlı pirojnalar resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 44712

Tarix : 11.08.2014, 00:38

Bölmə : Piroq və Kekslər, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
Xəmir:

10 x.q. kərə yağı
3/4 st. şəkər tozu
1 st. un
0,5 fincan kakao
0,5 ç.q. zəncəfil tozu
1/4 ç.q. duz
1/4 st. badam
1/4 st. qəhvəyi şəkər tozu

Çizkeyk:
900 q qaymaqlı pendir
1,25 st. şəkər tozu
4 iri yumurta
1 st. xama
0,5 st. yağlı qaymaq
2 x.q. sürtgəcin xırda gözündən keçirilmiş zəncəfil
1 limonun sedrası
1 x.q. limon şirəsi

Qanaş:
120 qr şokolad
1/4 st. yağlı qaymaq və ya 2 x.q. xama

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın.

Otaq temperaturunda olan 6 x.q. kərə yağını, üyüdülmüş zəncəfili, 1/4 ç.q. duzu, 3/4 st. şəkər pudrasını, 1 st. unu və kakao tozunu eynicinsli kütlə alınanadək qarışdırın.

Xəmiri un səpilmiş masanın üstünə qoyun, üzərinə qida plyonkası çəkib dördbucaqlı yayın.
Şokoladlı pirojnalar resepti - FOTO RESEPT


Siniyə un səpin, yaydığınız xəmiri içinə qoyub 20 dəqiqə bişirin. Sonra tam soyudun.
Şokoladlı pirojnalar resepti - FOTO RESEPT


Korj soyuduqdan sonra hissələrə bölüb blenderə yığın, qəhvəyi şəkər, 4 x.q. kərə yağı və badam əlavə edib eynicinsli kütlə alınanadək xırdalayın.

Xəmiri yenidən formaya töküb hamarlayın.
Şokoladlı pirojnalar resepti - FOTO RESEPT


10 dəqiqə bişirin, tam soyudun.

Çizkeyk:
Qaymaqlı pendirlə şəkər tozunu çalın, bir-bir yumurtaları əlavə edin (hər birini əlavə etdikdən sonra 1 dəqiqə çalın), xama əlavə edib çalın, qaymaq əlavə edib çalın, sürtgəcdən keçirilmiş zəncəfil, limon sedrası və şirəsi əlavə edib eynicinsli kütlə alınanadək çalın.

Qanaş:
Qaymağı qaynara düşənədək bişirin, ocaqdan götürün, şokolad əlavə edin. 3 dəqiqə sonra eynicinsli kütlə alınanadək qarışdırın.

Bir qədər soyuduqdan sonra çizkeykin 1/3 hissəsini ayırıb ona qanaşı əlavə edin, yaxşıca qarışdırın.
Şokoladlı pirojnalar resepti - FOTO RESEPT


Çizkeykin 2/3 hissəsini formadakı korjun üzərinə tökün.

Qanaşı konditer torbasına doldurun. Çizkeykin üzərinə şəbəkə çəkin.
Şokoladlı pirojnalar resepti - FOTO RESEPT

Şokoladlı pirojnalar resepti - FOTO RESEPT


Sonra kibrit çöpü ilə şəbəkənin üzərində diaqonal üzrə xətlər çəkin.
Şokoladlı pirojnalar resepti - FOTO RESEPT


Sobada 25 dəqiqə bişirin.

Sobadan çıxarıb bıçaqla kənarlarını ayırın, sonra isə soyuducuda ən azı 4 saat saxlayın.

Soyuducudan çıxarıb bir neçə saniyəlik plitənin üzərində saxlayın ki, formadan asanlıqla ayrılsın.

Sonra formadan çıxarıb kvadrat şəkildə doğrayın.
Şokoladlı pirojnalar resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, şəkər, dəqiqə, çalın, sonra, alınanadək, kütlə, eynicinsli, bişirin, çıxarıb, Sonra, qaymaq, üzərinə, qarışdırın, zəncəfil, Çizkeykin, formadan, üzərində, tozunu, Xəmiri
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN