• Bəyaz şokoladlı, badamlı və limonlu keks resepti

Reseptin məlumatları Baxış sayı: 11 911

Tarix : 1-01-2017, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Kərə yağı 150q
Yumurta 4 ədəd
Şəkər tozu 150q
Vanil şəkəri 10q
Un 200q
Qabartma tozu 2 ç.q.
Limon 1 ədəd
Badam(blendərdən keçirilmiş) 50q
Bəyaz şokolad 180q
Süd 2 x.q.

Hazırlanması:
Yumurtaları şəkər tozu və vanilin şəkəri ilə birləşdirib, mikser vasitəsi ilə yaxşıca çalın. Əridilmiş kərə yağını və limonun suyunu yumurtalı qarışıma əlavə edin. Blenderdən keçirilmiş badamı kütləyə əlavə edib, kütləni mikser vasitəsi ilə çalmağa davam edin.
Un və qabartma tozunu birləşdirib, çaldığınız kütləyə əlavə edin və qarışdırın. Xəmir hazırdır. Keks üçün bişirmə qabının dibini yağlayın və içinə xəmiri boşaldın.
Keks 200 dərəcəyə qədər isidilmiş sobada 30 dəqiqə ərzində hazır olur. Hazır keksin soyumasını gözləyin.
Süd və bəyaz şokoladı birləşdirib, kiçik bir qazana yerləşdirin. Orta hərarətli alovda şokolad tam əriyənə kimi və süddə həll olunana kimi kütləni qarışdırın, daha sonra qazanın altını söndürə bilərsiniz. Hazır qlazuru soyumuş keksin üzərinə süzün. Şokoladın bərkiməsindən sonra keksi süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: birləşdirib, əlavə, qarışdırın, keksin, mikser, sonra, kütləyə, kütləni, şokolad, vasitəsi, bilərsiniz, şəkəri, keçirilmiş, Hazır, şokoladı, kiçik, isidilmiş, qədər, bəyaz, gözləyin
BİZİ İZLƏYİN