• Şokoladlı tort - muss resepti

Reseptin məlumatları Baxış sayı: 18 421

Tarix : 1-01-2017, 14:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Xəmir üçün:
Kərə yağı 100q
Yumurta 3 ədəd
Şəkər tozu 1,5 stəkan
Vanilin şəkəri 10q
Un 1 stəkan
Kakao tozu 2 x.q.

Muss üçün:
Qaymaq (30-33% yağlı) 500ml
Tünd şokolad 300q
Şəkər pudrası 0,5 stəkan
Jelatin 15q
Su 60 ml
Əlavə : Kənarları açılan 18-20sm-lıq tort üçün bişirmə qabı

Hazırlanması:
Tortun biskvitini hazırlamaq üçün yumurtaları şəkər tozu və vanilin şəkəri ilə birləşdirib, mikser vasitəsi ilə yüksək sürətdə çalın. Yumurtaların rəngi ağarana kimi, təxmini 5 dəqiqə çalmağa davam edin. Kərə yağını əridin və soyumuş halda yumurtalı kütləyə əlavə edib, qarışdırın.Daha sonra un və kakounu birləşdirib, yumurtalı kütləyə əlavə edin. Xəmiri sonuncu dəfə mikser vasitəsi ilə yaxşıca çalın. Tort üçün bişirmə qabının dibini yağlayıb, içinə hazırladığınız xəmiri boşaldın. Biskvit 200 dərəcəyə qədər isidilmiş sobada 30 dəqiqə ərzində hazır olur.
Bişmiş biskvitin soyumasını gözləyin. Biskvitin, bişib - qabarmış(şişmiş) hissəsini biçaqla kəsin. Nəticədə yastı biskvit qatı alınmalıdır. Alınan biskvit qatını yenidən kənarları açılan bişirmə qabının içinə yerləşdirin.
Mussu hazırlamaq üçün şokoladı əritmək gərəkdir. Bunun üçün bir qazanda su qaynadın. Şokoladı əlinizlə qırıb, bir qabının içinə yerləşdirin. Şokoladla dolu qabı su qaynayan qazanın üstünə qoyun. Şokolad qaynayan suyun buxarı ilə əriməyə başlayacaq.
Qaymaq ilə şəkər pudrasını birləşdirin və mikser vasitəsi ilə yüksək sürətdə çalmağa başlayın. Qaymaq çox qatı krem halına gəlməsi üçün, təxmini 8-10 dəqiqə ərzində çalınmalıdı. Çalınmiş qaymağın üzərinə əritdiyiniz şokoladı ilıq halda əlavə edin. Kütləni ehmalca qarışdırın. Nəticədə açıq qəhvəyi rəngdə krem alınmalıdır.
İlıq suya jelatini əlavə edib, qaşığla qarışdırın. Təxmini 15 dəqiqə gözləyin ki, jelatin suda tam həll olunsun. Daha sonra jelatinli suyu şokoladlı-qaymaqlı kütləyə əlavə edib, qarışdırın. Şokoladlı muss hazırdır.
Tort üçün bişirmə qabına qoyduğunuz biskvitin üzərinə şokoladlı mussu boşaldın. Mussun üst hissəsinin biçaqla hamarlaşdırın. Tortu bu vəziyyətdə 4-5 saat soyuducuda saxlayın. Tort qabının kənarlarını açıb, tortu qabından rahatlıqla çıxarda bilərsiniz. Zövqünüzə görə tortu kakao tozu və şokolad qırıntıları ilə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, qabının, dəqiqə, bişirmə, qarışdırın, vasitəsi, Qaymaq, kütləyə, mikser, içinə, stəkan, yüksək, sürətdə, alınmalıdır, ərzində, təxmini, çalın, Nəticədə, biçaqla, şokoladlı
BİZİ İZLƏYİN