• Merenqalı limonlu tart resepti

Reseptin məlumatları Baxış sayı: 11 942

Tarix : 1-01-2017, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Xəmir üçün:
150q kərə yağı
1,5 stəkan un
1/3 stəkan şəkər tozu
1 ədəd yumurta

Limonlu içlik üçün:
100q kərə yağı
1,5 stəkan şəkər tozu
3 ədəd yumurta
2 ədəd limon
1 x.q. un

Merenqa üçün:
4 yumurtanın ağı
1 stəkan şəkər pudrası
1-2 çimdik duz

Hazırlanması:
Tart üçün xəmiri hazırlamaq üçün ilk öncə kərə yağı, şəkər tozu və yumurtanı birləşdirib, mikserin vasitəsi ilə bu qarışımı çalmağa başlayın. Qarışım krem halına gələnə kimi çalmağa davam edin. Alınan qarışıma un əlavə edib, əlinizlə xəmirinizi yoğurmağa başlayın.
Alınan xəmiri 1 saat soyuducuda saxlayın. Daha sonra soyumuş xəmiri 5 mm qalınlığında yayıb, tart üçün bişirmə formasına ehmalca yerləşdiririk. Xəmirin üzərində çəngəlin vasitəsi ilə deşiklər edirik. Xəmirin sobada bişən zamanı qalxıb - şişməməsi üçün, onun üzərinə müəyyən bir yük yerləşdirmək gərəkdir. Burada yük rolunda lobya, düyü, bulqur və s. kimi ərzaqları istifadə etmək olar. Bundan sonra sobanı 200 dərəcəyə qədər isidib, tart üçün xəmiri 25-30 dəqiqə ərzində bişiririk.
Limonlu kremi hazırlamaq üçün limonların qabığını sürtgəcdən keçirdərək, sedranı əldə edirik. Limonların suyunu sıxaraq, sedra ilə birləşdirin. Daha sonra yumurtaları şəkər tozu ilə birləşdirib, azca qarışdırın. Bu qarışıma hazırladığınız limonun suyunu və sedrasını əlavə edin. Qarışımı orta hərarətli odda dayanmadan qarışdırın. Təxmini 5 dəqiqədən sonra kütləyə unu əlavə edin, və kütləni yaxşıca qarışdırın ki, krem qazanın dibinə yapışmasın. Krem qatılaşmağa başlayanda, qazanın altını söndürə bilərsiniz. Soyumuş kremə kərə yağını əlavə edin, və qarışdırın. Limonlu içlik hazırdır.
Merenqanın düzgün hazırlanmasında əsas məqam yumurta ağının uzun müddət çalınmasıdır. Bunun üçün yumurtaların ağını şəkər pudrası ilə birləşdirib, mikser vasitəsi ilə yüksək sürətdə çalmağa başlayın. Kütləyə duz əlavə edib, təxmini 10-15dəqiqə ərzində çalmağa davam edin. Düzgün çalınmiş merenqa axıb-süzülməməlidir.
Tartımızı yığmağa başlayaq. Bişirdiyimiz tart xəmirin içinə soyumuş limonlu içliyi boşaldırıq. Daha sonraki qat merenqalı qat olacaq. Çaldığınız merenqanı qənnadi-şprisə doldurub, limonlu içliyin üzərinə istədiyiniz formada boşalda bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, xəmiri, qarışdırın, çalmağa, stəkan, sonra, vasitəsi, birləşdirib, başlayın, Limonlu, yumurta, ərzində, qarışıma, Alınan, pudrası, edirik, limonlu, Xəmirin, soyumuş
BİZİ İZLƏYİN