• Dəmlənmiş krem və meyvəli cem ilə tart resepti

Reseptin məlumatları Baxış sayı: 11 447

Tarix : 1-01-2017, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Xəmir üçün:
Kərə yağı 150q
Şəkər tozu 1/3 stəkan
Un 1,5 stəkan
Yumurta 1 ədəd
Vanilin şəkəri 2 ç.q.
Duz bir çimdik

Dəmlənmiş krem üçün:
Kərə yağı 50q
Yumurtanın sarısı 4 ədəd
Şəkər tozu 1 stəkan
Süd 200 ml
Un 50q
Vnilin şəkəri 2 ç.q.
Jelatin 2 ç.q.
Su 60ml

İçlik üçün:
Zövqünüzə görə meyvəli cem 250q

Hazırlanması:
Tart üçün xəmiri hazırlamaq üçün ilk öncə kərə yağı, şəkər tozu və yumurtanı birləşdirib, mikserin vasitəsi ilə bu qarışımı çalmağa başlayın. Qarışım krem halına gələnə kimi çalmağa davam edin. Alınan qarışıma un əlavə edib, əlinizlə xəmirinizi yoğurmağa başlayın.
Alınan xəmiri 1 saat soyuducuda saxlayın. Daha sonra soyumuş xəmiri 5-7 mm qalınlığında yayıb, tart üçün bişirmə formasına ehmalca yerləşdiririk. Xəmirin üzərində çəngəlin vasitəsi ilə deşiklər edirik.
Xəmirin sobada bişən zamanı qalxıb - şişməməsi üçün, onun üzərinə müəyyən bir yük yerləşdirmək gərəkdir. Burada yük rolunda lobya, düyü, bulqur və s. kimi ərzaqları istifadə etmək olar. Bundan sonra sobanı 200 dərəcəyə qədər isidib, tart üçün xəmiri 25-30 dəqiqə ərzində bişiririk.
Dəmlənmiş kremi hazırlamaq üçün ilk öncə yumurtaların sarısını şəkər tozu ilə mikser vasitəsi ilə yaxşıca çalın. Çalınmış kütləyə süd, un və vanilin şəkərini əlavə edib, kütləni yaxşıca qarışdırın. Daha sonra bu kütləni bir qazana boşaldıb, kütləni dayanmadan qarışdıraraq, kiçik alovda dəmlədin. Kütlə qatı krem halına gəldikdə qazanın altını söndürə bilərsiniz.
İlıq suya jelatini töküb, 10 dəqiqə gözləyin ki, jelatin suda tam həll olunsun. Dəmlədiyiniz krem soyuduqdan sonra, üzərinə kərə yağı və jelatinli suyu əlavə edib, kremi mikser vasitəsi ilə sonuncu dəfə çalın.
Bişirdiyiniz tart xəmiri soyuduqdan sonra, onu bişirmə qabından çıxardın. Xəmirin içinə meyvəli cemi boşaldın.
Dəmlənmiş kremi, cemli qatın üzərinə boşaldın. Kremin bərkiməsi üçün, tartı bir neçə saatlıq soyududa saxlayın.
Soyumuş tartın üzərinə şokolad və ya kokos qırıntıarı ilə bəzək verib, tartı süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: sonra, xəmiri, üzərinə, vasitəsi, kremi, Dəmlənmiş, əlavə, Xəmirin, stəkan, kütləni, boşaldın, Alınan, halına, dəqiqə, başlayın, yaxşıca, çalmağa, bilərsiniz, bişirmə, soyuduqdan
BİZİ İZLƏYİN