• Bask üsulu gilas piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 815

Tarix : 11-08-2014, 00:55

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q kərə yağı
250 q şəkər tozu
2 yumurta + 2 yumurtanın sarısı
75 ml açıq rom
600 q un
800 q gilas
50 q badam

Hazırlanması:
Yumşalmış kərə yağını şəkər tozu ilə ağarıb həcmi artıncayadək çalın. Lap zərif olması üçün şəkər tozu yerinə şəkər pudrası götürə bilərsiniz. Yumurta əlavə edib çalın.
Bask üsulu gilas piroqu resepti - FOTO RESEPT


Rom əlavə edib eynicinsli kütlə alınanadək çalın.

Ələnmiş unu əlavə edib əlüstü xəmir yoğurun. Çox yoğurmaq lazım deyil, xəmirin eynicinsli və elastik olması yetər. Qida plyonkasına büküb soyuducuda 30-40 dəqiqə saxlayın.
Bask üsulu gilas piroqu resepti - FOTO RESEPT


Bu müddətdə gilası yuyub dənəsini çıxarın.
Bask üsulu gilas piroqu resepti - FOTO RESEPT


Soyumuş xəmiri iki bərabər olmayan hissəyə bölün - 1/3 və 2/3. Böyük hissəni un səpilmiş masada yayın. Formanın içinə döşəyib kənarlarını qaldırın (3-4 sm).
Bask üsulu gilas piroqu resepti - FOTO RESEPT


Xəmirin üstünə üyüdülmüş badam səpin, təmizlənmiş gilası döşəyin. Üzərinə xəmirin qalanını yayıb çəkin.
Bask üsulu gilas piroqu resepti - FOTO RESEPT


Xəmirdən qalarsa, piroqu bəzəmək üçün fiqurlar, yaxud kürələr düzəldib piroqun üzərinə düzün.
Bask üsulu gilas piroqu resepti - FOTO RESEPT

Bask üsulu gilas piroqu resepti - FOTO RESEPT


180 dərəcə qızdırılmış sobada 1 saat bişirin.
Bask üsulu gilas piroqu resepti - FOTO RESEPT


Süfrəyə tam soyuduqdan sonra verin.
Bask üsulu gilas piroqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, çalın, əlavə, badam, eynicinsli, xəmirin, olması, gilası, üstünə, üyüdülmüş, təmizlənmiş, qalanını, Üzərinə, döşəyin, Xəmirin, səpin, kənarlarını, masada, səpilmiş, hissəni
BİZİ İZLƏYİN