• Albalı payı resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 10180

Tarix : 3.01.2017, 12:00

Bölmə : Piroq və Kekslər, Meyvəli şirniyyatlar, Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Darya Gahramanova




Tərkibi:
tart və pay xəmiri - ikiqat
albalı (təzə və ya dondurulmuş) - 1 kq
albalının şirəsi + su - 1 stəkan
şəkər tozu - 180 q (1 stəkan yaxud zövgə görə)
darçın - 1 ç. q. (zövgə görə)
qarğıdalı nişastası - 2 x. q.
limon şirəsi - 1 ç. q.
üzərinə çəkmək üçün 1 yumurta

Hazırlanması:
Əgər albalı təzədirsə, onun tumlarını sancaq və ya xüsusi cihaz ilə çıxardın. Üzərinə bir-iki qaşıq şəkər tozu tökün və bir qədər şirə əmələ gələnə qədər gözləyin. Əgər albalı dondurulmuşdursa, onu sadəcə əridin.

Albalı payı resepti - FOTO RESEPT


Həmin şirəyə o qədər su əlavə edin ki, axırda düz bir stəkan maye alınsın. Bir az maye ayırıb orada nişantasını həll edin. Sonra qalan mayeni, şəkər tozunu və darçını balaca qazanda qarışdırıb orta odda bişirin.

Albalı payı resepti - FOTO RESEPT

Albalı payı resepti - FOTO RESEPT

Albalı payı resepti - FOTO RESEPT


Kütlə qaynayanda albalını əlavə edin. Albalı yumşalana qədər bişirin.

Albalı payı resepti - FOTO RESEPT
Albalı payı resepti - FOTO RESEPT


Limon şirəsi əlavə edin və kütləni soyuyana kimi kənara qoyun.

Albalı payı resepti - FOTO RESEPT

Albalı payı resepti - FOTO RESEPT


İndi isə bu reseptə əsasən 400 q undan xəmir hazırlayın. 30 dəqiqə ərzində soyuducuda qalandan sonra xəmiri 2 qeyri-bərabər hissələrə bölün.

Albalı payı resepti - FOTO RESEPT

Albalı payı resepti - FOTO RESEPT


Xəmirin daha böyük hissəsinin üzərinə un səpib onu dairəvi şəkildə yayın. Diametri formadan daha böyük, qalınlığı isə təxminən 3-4 mm olmalıdır. Yayılmış xəmiri qalın oxlova dolandırıb formaya köçürdün və onun içində xəmiri açın. Xəmiri formaya yayın və üzəri albalı kütləsi ilə doldurun.

Albalı payı resepti - FOTO RESEPT

Albalı payı resepti - FOTO RESEPT

Albalı payı resepti - FOTO RESEPT


İndi piroqun üst qatını edəcəyik. Qalan xəmiri dairəvi şəkildə formanın diametrinə qədər yayın. Ya fiquralar kəsib üzərinə qoyun, ya da mənim kimi 1,5 sm zolaqlar kəsib hörgü edin. Üst xəmiri yaxşıca alt xəmirə yapışdırın. Artıq kənarları kəsin. Yumurtanı bir az çalıb xəmirin üzərinə çəkin.

Albalı payı resepti - FOTO RESEPT

Albalı payı resepti - FOTO RESEPT


160-170 dərəcəyə isidilmiş sobada qızılı rəngə qədər bişirin. Sobanın alt gözünə list qoyun, çünki piroqun içliyi tökülə bilər. Bişmiş piroqu tamamilə soyudun, yoxsa içi duru olar.

Albalı payı resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qədər, xəmiri, üzərinə, albalı, bişirin, yayın, qoyun, əlavə, şirəsi, şəkər, stəkan, dairəvi, formaya, kəsib, şəkildə, zövgə, piroqun, böyük, köçürdün, edəcəyik
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN