• Tiramisu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 15 156

Tarix : 3-01-2017, 14:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Darya Gahramanova


Tərkibi:
çox tünd qəhvə - 300-400 ml
yumurta - 4 ədəd
xırda şəkər tozu - 100 q
maskarpone pendiri - 500 q
biskvit peçenyası - 20-30 ədəd (200-300 q)
kakao

Hazırlanması:
Biskvit peçenyası uzunsov, quru, üstü şəkərli olur. Bu peçenye böyük marketlərdə satılır. Məsələn, mən beləsinə rast gəlmişəm:

Tiramisu resepti - FOTO RESEPT

Ərzaqlar otaq hərarətində olmalıdırlar.
Əvvəl çox tünd qəhvə (espresso) hazırlamaq lazımdır. 2 stəkan alınmalıdır. Qəhvəni soyuyanadək qoyun. Sonra yumurtaların ağlarını və sarılarını ayırın.

Tiramisu resepti - FOTO RESEPT

Tiramisu resepti - FOTO RESEPT


Yumurta sarılarını şəkər tozu ilə bir neçə dəqiqə mikserlə çalın. Kütlə qatılaşacaq, rəngi açılacaq və həcmi artacaq. Sonra isə kütləyə maskarpone əlavə edib mikserin ən aşağı sürətındə bir az çırpın.

Tiramisu resepti - FOTO RESEPT

Tiramisu resepti - FOTO RESEPT


İndi isə yumurta ağlarını möhkəm köpüklənənədək çalın. Bunun barədə burada yazmışdım.
Çırpılmış yumurtanı səliqəylə maskarpone kütləsinə əlavə edin. Altdan yuxarı hərəkətlərlə qarışdırın.

Tiramisu resepti - FOTO RESEPT

Tiramisu resepti - FOTO RESEPT


Savoyardini qaba uyğun kəsin. Qabın dibinə bir az krem sürtün ki, peçenye yapışsın. Hər bir peçenyanı çox tez qəhvədə batırıb qabda bir qat şəklində düzün. Bu qat peçenyaların yarısından ibarət olmalıdır. Üzərinə kakao səpin. Gələn qat isə kremin yarısı olmalıdır.

Tiramisu resepti - FOTO RESEPT

Tiramisu resepti - FOTO RESEPT

Tiramisu resepti - FOTO RESEPT


Sonra hər qatı təkrarlayın. Ən yuxarıdakı qat krem olmalıdır. Tiramisunu gecəlik soyuducuya qoyun. Bundan sonra onun üzərinə yaxşıca kakao tozu səpin. Tiramisu hazırdır.

Tiramisu resepti - FOTO RESEPT

Tiramisu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: Sonra, olmalıdır, maskarpone, kakao, peçenye, yumurta, qəhvə, əlavə, ağlarını, şəkər, səpin, sarılarını, qoyun, peçenyası, çalın, Qabın, dibinə, peçenyanı, qəhvədə, yapışsın
BİZİ İZLƏYİN