Tərkibi:tart və pay xəmiriiçlik üçün:limon şirəsi - 180-200 ml (3-4 dənə)
limon qabığı - iki limonun
qarğıdalı nişastası - 60 q
şəkər tozu - 200-250 q (yaxud zövgə görə)
yumurta sarısı - 4 dənə
soyuq su - 160 ml
qaynayan su - 300 ml
merenga üçün:su - 60 ml
qarğıdalı nişastası - 1 x. q.
yumurta ağı - 4 dənə
şəkər pudrası və ya xırdalanmış şəkər tozu - 200 q
Hazırlanması:Gəlin başlayaq:)
Bu reseptə əsasən xəmiri hazırlayın. Soyuducuda qalandan sonra onu formaya əsasən yayın, oxlova dolandırıb formaya köçürdün və onun içində xəmiri açın. Xəmirin kənarlarını formaya yapışdırın. Xəmiri çəngəl ilə bir neçə yerdən deşib 5-10 dəqiqəyə dondurucuya qoyun.
Sonra isə xəmiri yük ilə bişirmək lazımdır (bu, xəmirin kənarları enməsin deyə edilir): xəmirli formanın üzərinə folqa qoyub içini quru yobya/noxud ilə doldurun. 180 dərəcədə 20 dəqiqə ərzində bişirin. Sonra folqa ilə yükü götürüb xəmiri daha 5-10 dəqiqə ərzində bişirin (hazır xəmir artıq hamar və parlaq olmayacaq, amma çox qızarmamalıdır). İsti halda olan bişmiş xəmirin kənarlarını biçaqla düzəltmək mümkündür.
İçlik üçün qaynayan sudan savayı bütün ərzaqları yaxşıca qarışdırın. Kütləni bir qazana süzgəcdən keçirin.
Qaynayan suyu əlavə edib kiçik-orta oda qoyun. Kütləni qarışdırarkən qaynamağa başlandan sonra 1 dəgigə bişirin. İsti kütləni hazır xəmirin üzərinə töküb hamarlayın. Piroqu tam soyuyana qədər soyuducuda saxlayın.
Merenga üçün birinci su ilə nişasta qarışdırıb zəif oda qoyun. Qarışdırarkən gel konsistensiyayadək bişirin (təxminən 2 dəqiqə). Əgər konsistensiya çox qatıdırsa bir az daha su əlavə edin.
İndi isə otaq hərarətində olan yumurta ağlarını şəkər ilə çalmaq lazımdır. Burada daha ətraflı yazılıb. Çalmağın axırında nişastası geli əlavə edin.
Merenganı limon qatının üstündə yaxmaq lazımdır. Bunu ya qaşıqla qoymaq, ya da torbadan çıxartmaq olur. Piroqu 180 dərəcəyədək qızdırılmış sobada qızılı rəng alana qədər, 10-15 dəqiqə ərzində bişirin.
Nuş olsun!
Etiketlər: bişirin, xəmiri, şəkər, dəqiqə, lazımdır, ərzində, yumurta, formaya, nişastası, xəmirin, qoyun, əlavə, limon, sonra, üzərinə, Sonra, qədər, Piroqu, folqa, kənarlarını