Tərkibi:biskvit:yumurta - 2 dənə
şəkər tozu - 50 q
un - 60 q
qabartma tozu - 1 ç. q.
doldurma:xama (20%) - 800 q
şəkər tozu - 170 q
yumurta - 3 dənə
un - 2 x. q.
giləmeyvə - istəklə
Hazırlanması:Açılan formanı yağlayın. Altına bişirmə kağızın əvəzinə yağlanmış folqanı sərmək məsləhətdir, çünki kağız nəm olacaq. Yumurtaları şəkərnən azca çırpın.
Unu və qabartma tozunu əlavə edib xəmir hamar olanadək qarışdırın.
Xəmiri formaya tökün, qat nazik olmağına baxmayaraq, biskvit sobada bir qədər qalxacaq. 180 dərəcədə 10 dəqiqə və ya qızılı rəngə gədər bişirin.
Xəmir bişirilən zaman içliyi hazırlayın: xamanı şəkər və un ilə qarışdırın. Yumurtaları əlavə edib qarışdırın, amma bərk çalmayın.
Giləmeyvə istifadə edirsinizsə, axırda əlavə edin. İstəyirsinizsə, onu xəmirə qatmayın, təzə giləmeyvəni artıq hazır piroqun üzərinə qoyun. Mən qaraqatdan istifadə edirdim, mənim üçün bişmiş halda daha dadlıdır, buna görə xəmirə qatdım.
Biskvitin üzərinə xamalı ləyəni tökün və 130 dərəcədə 1-1.5 saat ərzində bişirin. Hazır piroq sərtləşməli, lakin ortada bir qədər titrəməlidir. Yarıaçıq sobada soyudun ki, piroq çatlamasın. Gecə ərzində soyuducuda saxlayın.
Nuş olsun!
Etiketlər: əlavə, şəkər, qarışdırın, qədər, ərzində, dərəcədə, sobada, tökün, üzərinə, xəmirə, Yumurtaları, piroq, bişirin, istifadə, biskvit, yumurta, qabartma, hazır, Giləmeyvə, çalmayın