• Qaymaqlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 25 076

Tarix : 4-01-2017, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Darya Gahramanova


Tərkibi:
yumurta - 4 dənə
şəkər tozu - 200 q
qaymaq 33%+ - 200 ml
un - 250 q
qabartma tozu - 1 ç. q.
giləmeyvə

Hazırlanması:
Sobanı 170℃-dək qızdırın. Formanı yağlayın. Giləmeyvəni təmizləyib, 1 qaşıq un ilə qarışdırın.
Yumurtaları şəkər tozu ilə ağarana kimi 10 dəqiqəyə yaxın mikser ilə çalın. Ayrıca qaymağı çırpın.
Yumurtanın üzərinə ələnmiş unu və qabartma tozunu səpib qarışdırın. Sonra tədricən çırpılmış qaymağı əlavə edin.
Əgər siz mənim kimi az miqdarda, haradasa 200 q giləmeyvə götürürsüzsə, əvvəl xəmiri formaya tökün, üzərinə isə giləmeyvəni qoyun. Amma əgər daha çox, haradasa 400 q giləmeyvə qatmaq istəyirsinizsə, onda əvvəl yağlanmış formaya bir qədər şəkər tozu səpin, dibinə giləmeyvəni qoyun, üzərinə də xəmiri tökün. Haradasa 40-50 dəqiqə ərzində, və ya xəmirə batırılmış çöp quru çıxarana qədər bişirin. 15 dəqiqə ərzində sobanın içində soyudun, sonra da çıxardın. Əgər giləmeyvəni formanın dibinə qoymusunuszsa, piroqu tərsinə çevırmək lazımdır.

Nuş olsun!
Etiketlər: üzərinə, giləmeyvə, giləmeyvəni, şəkər, qarışdırın, ərzində, qaymağı, qədər, dibinə, dəqiqə, qoyun, əvvəl, xəmiri, tökün, haradasa, formaya, qabartma, qatmaq, istəyirsinizsə, yağlanmış
BİZİ İZLƏYİN