• Kumkvatlı keks resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 333

Tarix : 7-01-2017, 12:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
keks üçün:
kərə yağı 100qr
un 125qr
şəkər tozu yarım stakan
2ədət yumurta
bir ovuc badəm (50qr)
qabartma tozu 1çay qaşığı
portağal suyu 5yemək qaşığı
1cimdik duz

kumkvatın şirəsi üçün:
yarım stakandan iki barmaq artıq portağal suyu
2yemək qaşığı şəkər tozu
5-6 ədət kumkvat

Hazırlanması:
Kumkvatlı keks resepti - FOTO RESEPT


Əvvəlcə badəmləri xırdalamaq lazımdır,ancak un kimi xırda deyil,bir az dişə gəlsin.Badəmləri bıçakla da xırdalamak olar.

Kumkvatlı keks resepti - FOTO RESEPT


Mikserin kasasına yumuşaq yağı və şəkəri qoyub,yaxşıca çalmaq.

Kumkvatlı keks resepti - FOTO RESEPT


Bir-bir yumurtaları əlavə etmək,hər səfərində mikserlə çalmak.

Kumkvatlı keks resepti - FOTO RESEPT


Yumurtalar tam yağa qarışandan sonra badəm parçalarını, portağalın suyunu və qabığının rəndəsini əlavə etmək.

Kumkvatlı keks resepti - FOTO RESEPT

Kumkvatlı keks resepti - FOTO RESEPT


Bunları qarışdırırıq.

Kumkvatlı keks resepti - FOTO RESEPT


İndi isə un uəlavə etmək sırası gəldi.Un 125qr lazımdır,yəni 1stakandan 1barmak az.

Kumkvatlı keks resepti - FOTO RESEPT


Unu,qabartma tozunu və bərəkət üçün bir cimdik duz əlavə etmək.Qaşıqla qarışdırmaq,artıq mikser istifadə etmirik.

Kumkvatlı keks resepti - FOTO RESEPT

Kumkvatlı keks resepti - FOTO RESEPT

Kumkvatlı keks resepti - FOTO RESEPT


Xəmiri yağlanmış və az unlanmış keks qabına töküb,qaşıqla yaymaq.Qabı əvvəlcədən 180 dərəcəyədək isidilmiş sobaya göndərmək və hazır olanadək bişirmək.Hazır olub olmamasını yoxlamaq üçün keksə taxta şiş ya diş çöpü batırın,çöp quru çıxarsa,demək şirniyyat tam hazırıdr.

Kumkvatlı keks resepti - FOTO RESEPT


Keks bişənə qədər, şirə hazırlayaq.Portağalın suyunu sıxmaq.

Kumkvatlı keks resepti - FOTO RESEPT


Kumkvatları incə-incə dilimləmək.

Kumkvatlı keks resepti - FOTO RESEPT


Kiçik bir qaba portağalın suyunu tökmək,şəkər tozu əlavə etmək və ocağın üstünə orta atəşdə qoymaq.İlk 1-2 dəqiqəni şirəni qarışdırmak lazımdır ki,şəkər tozu ərisin.Elə ki, şirə qaynadı,o saat kumkvat dilimlərini əlavə etmək və 4-5dəqiqə qaynatmaq.Şirə çox çəkilərsə,bir az su əlavə etmək olar.Vaxt tamam olan kimi,şirəni ocaxdan almaq və ilıtmaq.

Kumkvatlı keks resepti - FOTO RESEPT


İlıq şirəni soyumuş keksin üstünə hər tərəfinə yayaraq tökmək və son olaraq kumkvat dilimləri ilə bəzəmək.

Kumkvatlı keks resepti - FOTO RESEPT

Kumkvatlı keks resepti - FOTO RESEPT


Necədir? Keksin hazırlanması bir az vaxt aparır,ancaq bu zərif görüntüşü hər şeyə dəyər ! Keks diş-diş olur,portağal şirəsi ona nəmlik verir,badəm parçaları diş altında xırtıldayır...

Nuş olsun!
Etiketlər: etmək, əlavə, şəkər, portağal, şirəni, lazımdır, qaşığı, kumkvat, suyunu, badəm, üstünə, artıq, qabartma, 125qr, tökmək, yarım, şirəsi, portağalın, dilimləmək, Kumkvatları
BİZİ İZLƏYİN