• Sağlam qidalı keks resepti

Reseptin məlumatları Baxış sayı: 12 141

Tarix : 12-02-2017, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Günel


Tərkibi:
100 qr. qarğıdalı unu (polenta)
200 ml. yağsız yoqurt
1 limonun qabığı
2 x.q. limon suyu
1/2 ç.q. qabartma tozu
1 ç.q. bal
1 yumurta

Hazırlanması:
Qarğıdalı ununu yoqurtla qarışdırın və 1 saatlıq qırağa qoyun. Yumurtanın ağını sarısından ayırın. Sarısına 1 limonun qabığını sürtkəcdən keçirin. Qarışdırın. Elə həmin qarışıma bal, qabartma, limon suyu əlavə edib qarışdırın. Unlu yoqurtlu qarışıma qatın. Yumurtanın ağını mikserlə bərkiyənə kimi çalın. Xəmirə qatın ə yavaş qarışdırın. Formalara töküb 200 dərəcədə 25-30 dəq. bişirin.
Aydındı ki, öyrəştiyimiz keks kimi şirniyyat deyil, amma şirinliksiz qalan insanlar üçün əla variantdır. Uşaqlarada həmçinin

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: qarışdırın, Yumurtanın, ağını, limon, qabartma, qarışıma, qatın, limonun, töküb, dərəcədə, Formalara, yavaş, mikserlə, çalın, Xəmirə, bərkiyənə, öyrəştiyimiz, insanlar, variantdır, Uşaqlarada
BİZİ İZLƏYİN