• Bananlı-şokoladlı çizkeyk-braun resepti

Reseptin məlumatları Baxış sayı: 12 519

Tarix : 14-02-2017, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta
150 qram şokolad
80 qram kərə yağı
1 xörək q. kakao
3 xörək q. şəkər
100 qram kəsmik
1 ədəd banan
3 xörək q. un

Hazırlanması:
Şokolad və kərə yağını su vannasında qaynayana qədər əridin.
Kakaonu una qatın.
2 yumurtanı 2 xörək q. şəkər ilə ağaranadək çalın.
Üzərinə un və şokoladlı qarışığı əlavə edin və qarışdırın.
Alt qat xəmiri hazırdır.
Bananın qabığını təmizləyin və ona kəsmik, 1 yumurta, 1 xörək q. şəkər qatıb, yaxşı qarışdırın.
Soba qabını yağlayın.
Şokoladlı xəmiri qaba tökün.
Üstünə kəsmikli-bananlı kütləni əlavə edin.
Çəngəl ilə üstündəki kütləni qarışdırın ki, bişəndə qəşəng forma alsın.
Əvvəlcədən isdilmiş 180 dərəcəli sobada 30 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: xörək, şəkər, qarışdırın, xəmiri, kütləni, əlavə, yumurta, kəsmik, kəsmikli, bananlı, Üstünə, qabını, yağlayın, Şokoladlı, tökün, bişəndə, dərəcəli, isdilmiş, sobada, dəqiqə
BİZİ İZLƏYİN