• Stəkanda fındıq əzməli keks resepti

Reseptin məlumatları Baxış sayı: 13 229

Tarix : 15-02-2017, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 çay stəkanı şəkər
1 ədəd yumurta
1 yemək qaşığı fındıq əzməsi
1 çay stəkanı süd
1/2 su stəkanı un
1 yemək qaşığı kakao
1 paket qabartma tozu
1 paket vanil

Üzəri üçün:
1 paket tünd və ya südlü şokolad
Döyülmüş fındıq

Hazırlanması:
qarışdırma qabına yumurta və şəkəri qoyub qarışdırırıq.
Daha sonra süd, fındıq əzməsi və kakaounu əlavə edib təkrar qarışdırdıqdan sonra un, qabartma tozu və vanili əlavə edirik.
Keks xəmirini yağladığımız stəkanların yarısına qədər bərabər miqdarda paylaşdırırıq.
Bir qazana yarısına qədər su töküb stəkanları içinə qoyuruq.
Qazanda su qaynayana qədər 20-25 dəqiqə saxlayırıq.
Daha sonra stəkanları sudan götürüb soyuduruq.
Üzərini əridilmiş şokolad və döyülmüş fındıqla bəzəyirik.

Nuş olsun!
Etiketlər: fındıq, sonra, paket, stəkanı, qədər, şokolad, əlavə, stəkanları, qabartma, yarısına, yemək, yumurta, əzməsi, qaşığı, paylaşdırırıq, Qazanda, qoyuruq, içinə, qazana, töküb
BİZİ İZLƏYİN