• Kəsmikli kürələrlə piroq resepti

Reseptin məlumatları Baxış sayı: 14 211

Tarix : 17-02-2017, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 qram kəsmik
50 qram kokos ovuntusu
6 yumurta sarısı
4 yumurta ağı
50 qram südlü şokolad
2 xörək q. un
5 xörək q. nişasta
1 çimdik duz
1 çay q. qabartma tozu
1 paket vanil
100 qram kərə yağı
5 xörək q. süd
250 qram şəkər
6 xörək q.kakao

Hazırlanması:
Kəsmikli kürələri hazırlamaq üçün 250 qram kəsmik, 50 qram şəkər, 50 qram kokos ovuntusu, 3 xörək q. nişasta və 2 yumurta sarısını qarışdırın.
Əlinizi su ilə isladın və dairələr hazırlayın.
Şokoladlı xəmiri hazırlamaq üçün 4 yumurta sarısını 30 qram şəkər və vanili mikser ilə ağaranadək çalın.
Şokoladı su vannasında əridin və üzərinə əlavə edin.
2 xörək q. un, 2 xörək q. nişasta, qabartma, 3 xörək q. kakao və duzu şokoladlı qarışığa əlavə edib taxta qaşıq ilə qarışdırın.
4 yumurta ağını 30 qram şəkər ilə ağaranadək mikserlə çalın və qarışığa əlavə edin.
Qlazuru hazırlamaq üçün bir qabda 100 qram kərə yağını əridin, üzərinə 5 xöək q. süd, 6 xörək q. şəkər, 5 xörək q. kakao əlavə edin və qaynayana qədər qarışdırın.
Soba qabına yağlı kağız qoyun.
Əvvəlcə kəsmikli kürələri düzün.
Üstünə şokoladlı xəmiri əlavə edin.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 40 dəqiqə bişirin.
Tort hazır olduqda üzərinə qlazuru tökün.

Nuş olsun!
Etiketlər: xörək, əlavə, yumurta, şəkər, nişasta, üzərinə, kakao, hazırlamaq, qarışdırın, sarısını, kokos, əridin, çalın, xəmiri, kəsmik, kürələri, şokoladlı, ovuntusu, qarışığa, qabartma
BİZİ İZLƏYİN