• Xaş-xaşlı piroq resepti

Reseptin məlumatları Baxış sayı: 11 758

Tarix : 18-02-2017, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2,25 su stəkanı un
1,3 su stəkanı su
1,5 çay q. quru xəmir qabardıcı
1,25 su stəkanı şəkər
2 xörək q. duru yağ
1 su stəkanı xaş-xaş
1 xörək q. kartof nişastası
Bir çimdik duz

Hazırlanması:
Xəmiri hazırlayın.
Quru xəmir qabardıcını su ilə qarışdırın.
Üzərinə 2 su stəkanı un, 2 xörək q. duru yağ, 1 çay q. şəkər və duz əlavə edin və xəmir yoğurun.
1-2 saat gözləyin ki, xəmir şişsin.
Xaş-xaşdan iç hazırlamaq üçün ona nişasta, 1 xörək q. un, 1 su stəkanı şəkər və 80 qram su əlavə edin.
Xəmiri nazik formada yayın və içi üstünə səpin.
Sonra rulet formasında bükün və 5 sm ölçüdə ruletdən dilimlər kəsin.
Soba qabına yağlı kağız qoyun.
Qabın ortasından başlayaraq bir birinə sıx formada kəsdiyiniz dilimləri ora yerləşdirin.
Bişdikdə bunlar birləşib bir bütöv piroq alınacaq.
Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 40 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: stəkanı, xörək, xəmir, şəkər, əlavə, formada, Xəmiri, birinə, qabına, kəsdiyiniz, dilimləri, yağlı, başlayaraq, yerləşdirin, qoyun, Qabın, ortasından, kağız, birləşib, dərəcəli
BİZİ İZLƏYİN