Tərkibi:2 su stəkanı un
150 qram kərə yağı
300 qram kəsmik
2 yumurta
1 su stəkanı şəkər
15 qram vanil
Hazırlanması:Donmuş kərə yağı sürtgəcdən keçirin, un və yarım stəkan şəkər əlavə edin və əllə ovuntulu xəmir edin.
Başqa qabda yumurta və kəsmik, qalan şəkər və vanili yaxşı qarışdırın.
Içiniz hazırdır.
Soba qabına yağlı kağız qoyun.
Ovuntulu xəmirdən yarısını götürün və qaba səpin.
Üzərinə xamalı içi əlavə edin və qalan xəmiri üstünə səpin.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 30 dəqiqə bişirin.
Nuş olsun!
Etiketlər: şəkər, əlavə, stəkanı, səpin, qalan, kəsmik, yumurta, götürün, xəmirdən, qoyun, Ovuntulu, Üzərinə, yarısını, üstünə, sobada, dəqiqə, bişirin, dərəcəli, isidilmiş, xəmiri