• Bağlı almalı piroq resepti

Reseptin məlumatları Baxış sayı: 12 249

Tarix : 20-02-2017, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 qram kərə yağı
100 qram şəkər
1 çimdik duz
1 yumurta
350 qram un

Iç üçün:
8 ədəd alma
200 qram alma şirəsi
1/2 sürtgəcdən keçirilmiş limon qabığı
100 qram şəkər
2 çimdik üyüdülmüş darçın
1 çay q. vanil

Sirop:
1 çay q. limon şirəsi
3 xörək q. şəkər tozu

Üzərinə:
100 dənə qoz ləpəsi
100 qram şəkər

Hazırlanması:
Bir qaba 8 almanın qabığını soyun, xırda formada doğrayın, üzərinə alma şirəsi və şəkər əlavə edin, odda 10 dəqiqə yumşalana qədər bişirin (bişməsi almanın sortundan asılıdır).
Bişdikdən sonra, sürtgəcdən keçirilmiş limon qabığı, darçın və vanil əlavə edin, qarışdırın və soyumaq üçün kənara qoyun.
Xəmiri hazırlamaq üçün yağı digər ərzaqlar ilə qarışdın və əllə xəmir yoğurun.
Ehtiyac olarsa 1-2 xörək q. su əlavə edə biləsiniz.
Üstünü qida kağızı ilə örtün və 30 dəqiqə soyuducuda saxlayın.
Sonra xəmirin təxmini 1/4 hissəsini kənara qoyun.
Qalan xəmiri əvvəlcədən yağlanmış soba qabına əlinizi unlayaraq yayın.
Xəmiri qaba elə yerləşdirin ki, qabın kənarları da tutulsun.
Üzərinə içi elə paylaşdırın ki, hər tərəfinə yayılsın.
Xəmirin qalan 1/4 hissəsini yayın və piroqun üstünü bağlayın.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 40 dəqiqə bişirin.
Hazır olduqda üstünü bəzəmək üçün limon şirəsi və şəkər tozunu qarışdırıb odda sirop bişirin.
Ayrı qabda odda şəkəri əridin və qozları xırda formada doğrayıb şəkərə əlavə edin.
Piroqun üstünü gözlə 8 hissəyə bölün və bir hissəsinə şirəli qoz, digərinə limonnu sirop tökün.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, şirəsi, limon, üstünü, dəqiqə, bişirin, Xəmiri, xırda, hissəsini, qoyun, sirop, almanın, kənara, formada, vanil, yayın, sürtgəcdən, darçın, keçirilmiş
BİZİ İZLƏYİN