Tərkibi:2 kök
300 qram badam
200 qram şəkər
4 yumurta
50 qram un
3 xörək q. sürtgəcdən keçirilmiş limon qabığı
1 çimdik darçın
1xörək q. liker
1 çay q. qabartma tozu
Hazırlanması:Kökləri qabıqdan təmizləyin və sürtgəcin iri gözündən keçirin.
Badam ləpəsini xırda doğrayın və kökə qatın.
Yumurtanın ağını sarıdan ayırın.
Sarını 100 qram şəkər ilə çalın, qabartma ilə qarışdırılmış unu, darçını, limon qabığını və likeru əlavə edin.
Alınmış kütləni kök və badama qatın.
Ayrı qabda yumurta ağını 100 qram şəkərlə mikserlə çalın.
Və badamlı köklü qarışığa əlavə edin.
Soba qabını yağlayın və xəmirə qaba tökün.
Əvvəlcədən isdilmiş.
180 dərəcəli sobada 1 saat bişirin.
Bu piroq yağsız və çox a az miqdarda un ilə hazırlanır.
Ona görə də dietik demək olar.
Nuş olsun!
Etiketlər: qabartma, qatın, ağını, əlavə, limon, çalın, yumurta, şəkər, badamlı, köklü, qarışığa, qabını, mikserlə, şəkərlə, Alınmış, kütləni, badama, qabda, yağlayın, xəmirə