• Xaş-xaşlı şaftalı piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 12 027

Tarix : 21-02-2017, 22:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 banka konservləşdirilmiş şaftalı
250 qram kərə yağı
200 qram şəkər
6 yumurta
400 qram un
1 paket qabartma tozu
Sürtgəcdən keçirilmiş limon qabığı
5 xörək q. süd
50 qram xaş-xaş

Hazırlanması:
Şaftalıları süzgəcə qoyub suyunun tamamilə getməsini gözləyin.
Sonra onları halqavari formada doğrayın.
Piroq üçün xəmiri hazırlayın.
Kərə yağını ev tempuraturunda yumşaldın.
Sonra ona yumurta və şəkər əlavə edin. Unu qabartma tozu ilə qarışdırıb süd və sürtgəcdən keçirilmiş limon qabığı ilə birlikdə yumurtalı kütlənin üzərinə əlavə edin.
Xəmiriniz hazırdır.
Xəmirin 1/3 hissəsinə xaş-xaş qatıb soyuducuya qoyun.
Soba qabına yağlı kağız qoyun və qalan xəmiri qaba yayın.
Xaş-xaş qatdığınız xəmirdən balaca parçalar qopardaraq əlinizlə nə çox nazik, nə də çox qalın olmayan uzunsov formaya salın və piroqun üstünə paxlava formasında düzün.
Doğranmış şaftalıları piroqun üstünə düzüb astaca əlinizlə xəmirə bərkidin.
Əvvəlcədən isidilmiş 200 dərəcəli sobada 30-40 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: limon, əlinizlə, qabığı, üstünə, Sonra, əlavə, piroqun, keçirilmiş, qabartma, şəkər, yumurta, qoyun, xəmiri, nazik, olmayan, uzunsov, qalın, xəmirdən, qalan, kağız
BİZİ İZLƏYİN