• Qozlu kakaolu keks resepti

Reseptin məlumatları Baxış sayı: 18 114

Tarix : 23-02-2017, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 yumurta
1, 5 su stəkanı şəkər
1 su stəkanı süd
1, 5 çay stəkanı duru yağ
5 yemək qaşığı kakao
1 paket qabartma tozu
1 paket vanil
1 çay stəkanı iri döyülmüş qoz
2 yemək qaşığı damla şokolad
3, 5 çay stəkanı ələnmiş un

Üzəri üçün:
Krem şanti
Çiyələk

Hazırlanması:
Yumurta və şəkər ağarana qədər çalınır.
Sonra duru yağ və süd əlavə olunub mikserlə çaldıqdan sonra qarışımın sönməməsi üçün taxta qaşıqla çalmağa davam edək.
Kakao, un, qabartma tozu və vanili əlavə edək və qaşıqla altdan üstə doğru qarışdırırıq.
Dörtbucaq keks qabını yağlayıb qarışımı tökürük.
Qoz və damla şokoladı biraz una bulayıb qabdakı qarışımın üzərinə töküb taxta qaşıqla biraz qarışdırın.
Əvvəlcədən 170° isidilmiş sobada 25, 30 dəqiqə bişirin.
Bişdikdən sonra qabdan çıxarmadan soyumasını gözləyin.
Keks soyuduqdan sonra servis qabına qoyuruq.
Dilimləyib üzərini krem şanti və çiyələklə bəzəyək.

Nuş olsun!
Etiketlər: stəkanı, sonra, qaşıqla, damla, taxta, şanti, biraz, əlavə, qabartma, yemək, şəkər, qaşığı, qarışımın, paket, isidilmiş, sobada, Əvvəlcədən, bulayıb, şokoladı, tökürük
BİZİ İZLƏYİN