• Qatılaşdırılmış südlü şarlotka resepti

Reseptin məlumatları Baxış sayı: 12 772

Tarix : 23-02-2017, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 yumurta
1 banka qatılaşdırılmış süd
240 qram un
1 çay q. qabartma tozu
Darçın zövqə görə
5 dənə orta ölçülü alma
1 dənə sürtgəcdən keçirilmiş limon qabığı
2 xörək q. kişmiş
3 xörək q. doğranmış qoz

Hazırlanması:
Bir qabda qabartma tozunu unla qarışdırın.
Yumurta ilə qatılaşdırılmış südü mikserlə çalın və üzərinə unu əlavə edin.
Almaları yuyun, tumlarını təmizləyin və halqa formasında doğrayın.
Qoz, kişmiş, darçın və sürtgəcdən keçirilmiş limon qabığını almalara qatıb qarışdırın.
Sonra xəmirə qatın.
Yağlanmış soba qabına almalı xəmiri tökün və 180 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: limon, xörək, kişmiş, qarışdırın, sürtgəcdən, keçirilmiş, qatılaşdırılmış, qabartma, xəmirə, qatın, doğrayın, Sonra, qabığını, darçın, qatıb, almalara, Yağlanmış, tökün, sobada, dəqiqə
BİZİ İZLƏYİN