• Şokoladlı bananlı rulet resepti

Reseptin məlumatları Baxış sayı: 21 580

Tarix : 25-02-2017, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:
Yumurtanın ağı 8 Ədəd
Şəkər tozu 1,5 Stəkan
Un 1 Stəkan
Kakao 1 x.q
Vanil 10 q
Qabartma tozu 5 q

İçlik:
Süd 1 stəkan
Şəkər tozu 1 Stəkan
Kakao 2 x.q
Un 1,5 x.q
Banan 1 Ədəd

Hazırlanması:
8 yumurtanın ağını 1 stakan şəkər tozu ilə beze halınadək çalın. Çalınmış məhlul qatı olmalı, qaşıqdan axmamalıdır.

Ələyə 1 stakan un, 2 x.q kakao, vanil və qabartma tozu töküb bezenin üzərinə ələmək lazımdır.

Xəmiri mikserlə astaca qarışdırmaq lazımdır.

Soba listini perqamentlə örtüb, yağlamaq lazımdır. Xəmiri töküb 1-1,5 sm qalınlığında listin üzərində hamarlayın. 10 dəq ərzində 180 dərəcədə bişirin.

İçlik üçün 1 stakan südü kiçik qazançada isidin. Dərin boşqabda şəkər tozu, kakao və unu qarışdırın və qaynar südə əlavə edin. Tozu süd ilə qarışdırın və tam həll olunmasına nail olun. 5 -10 dəq ərzində dayanmadan qarışdıraraq qaynama həddinə çatdırın. Məhlul qatılaşandan sonra altını söndürün və soyudun.

Hazır korju sobadan çıxarıb isti-isti rulet formasında bükmək lazımdır ki, xəmir elastik qalsın.

Daha sonra onu yenidən açın və üzərinə şokoladlı pomadkanın yarı hissəsini çəkin. Bananı nazik halqa şəklində doğrayıb korjun üzərinə düzün. Ruleti yenidən astaca bükün. Qalan pomadkanı ruletin üzərinə çəkin və doğranılmış qozla bəzəyin.

Nuş olsun!
Etiketlər: üzərinə, lazımdır, stakan, Stəkan, şəkər, Şəkər, ərzində, çəkin, kakao, töküb, sonra, Xəmiri, yenidən, astaca, Kakao, İçlik, qarışdırın, rulet, xəmir, bükmək
BİZİ İZLƏYİN