• Limonlu rulet resepti

Reseptin məlumatları Baxış sayı: 29 694

Tarix : 13-08-2014, 05:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 30-40

Nəfər sayı : 1-2


Tərkibi:
3 yumurta
1,5 st. şəkər tozu
1 st. un
1 limon

Hazırlanması:
Yumurtaların ağını sarısından ayırıb 1 st. şəkər tozu ilə möhkəm çalın. Sonra yumurta sarılarını, ələnmiş unu əlavə edib eynicinsli kütlə alınanadək çalın.

Perqament döşənmiş siniyə tökün, hamarlayıb 180 dəqiqə qızdırılmış sobada 15-20 dəqiqə bişirin.

Bu müddətdə içi hazırlayın: limonu yuyun, qurudun, sürtgəcdən keçirib 0,5 st. şəkər tozu ilə qarışdırın.

Biskvit hazır olanda çıxarıb dəsmalın üstünə qoyun, üzərinə iç çəkib rulet kimi bükün.

Bir qaba qoyun, üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
Etiketlər: şəkər, qoyun, çalın, üzərinə, dəqiqə, yumurta, qarışdırın, Biskvit, keçirib, qurudun, hazırlayın, limonu, yuyun, hazır, sürtgəcdən, üstünə, bükün, pudrası, səpin, olsun
BİZİ İZLƏYİN