• Mud cake resepti

Reseptin məlumatları Baxış sayı: 3977

Tarix : 12.03.2017, 14:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
250 qr kərə yağı
2 çay qaşığı qranullar qəhvə
300 qr un
1 paket qabartma tozu
250 qr toz şəkər
1 çay qaşığı karbonat
4 ədəd yumurta
2 yemək qaşığı duru yağ
120 ml süd
250 qr bitter (acı) şokolad
180 ml su
70 qr kakao

Üzəri üçün:
1 çay stəkanı krem
250 qr şokolad
1 yemək qaşığı kərə yağı

Hazırlanması:
Unu, qabartma tozunu, kakaoyu və karbonatı bir qaba ələyin.180 ml suyu istidin. İçinə şokolad, kərə yağı və qəhvəni əlavə edib qarışdıraraq əridin. Krem halına gəldiyində ocaqdan alın. Yumurta və şəkəri ayrı bir qabda 1 dəqiqə çırpın. Üzərinə süd və duruyağı və krem halına gətirdiyiniz şokoladlı qarışığı əlavə edib qarışdırın.Ələnmiş unlu qarışıma əlavə edib qarışdırın. Qarışığı yağlanmış keks qəlibinə tökün. Əvvəldən 180 C-yə isidilmiş sobada 80 dəqiqə bişirin və soyumağa buraxın. Üstünün sousu üçün, krem, şokolad və kərə yağını şüşə bir kasaya alın. İçi isti su dolu bir qazanın içinə kasayla birlikdə qoyub əridin. Əridiktən sonra ocaqdan alıb soyumağa buraxın. Keks soyuduqdan sonra yüngül ilıq sousu üzərinə tökün. Dilimləyərək dondurma ilə birlikdə xidmət edin.

Nuş olsun!

Etiketlər: qaşığı, şokolad, əlavə, əridin, dəqiqə, birlikdə, soyumağa, sousu, sonra, tökün, buraxın, qarışdırın, qabartma, halına, ocaqdan, yemək, Əvvəldən, yağlanmış, Qarışığı, qəlibinə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica