• Bal arıları pirojna resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 33 745

Tarix : 12-08-2014, 13:52

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6


Tərkibi (18 ədəd):
Biskvit:

1 st. un
1 yumurta
1 st. qatıq
0,5 st. şəkər tozu
1 dolu ç.q. qabartma tozu
1-2 x.q. bal

Krem:
300 q qatı xama
1/3 st. şəkər tozu
1 ovuc qara gavalı

Bəzək:
100 q qovrulub xırdalanmış qoz

Hazırlanması:
Biskvitin ərzaqlarının hamısını qarışdırın. Bal əlavə edin. Əgər bal qatıdırsa, onu bir az əridin. Hamısını eynicinsli kütlə alınanadək mikserlə çalın.

Xəmiri 22-24 sm diametrli kənarları açılan qaba tökün, 190 dərəcə qızdırılmış sobada təxminən 45 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın. Soyuyandan sonra ortadan iki bərabər yerə ayırın.

Qara gavalını yuyub blenderdə xırdalayın, yaxud çox xırda doğrayın. Krem üçün xama ilə şəkər tozunu qarışdırıb mikserlə çalın.

Stəkanla, yaxud başqa bir forma ilə korjlardan dairələr kəsin. Biskvitin artıqlarını blenderdə xırdalayın, pirojnaların üstünə vurmağa gərək olacaq.
Bal arıları pirojna resepti - FOTO RESEPT


İri buluda yanaşı 6 dairə düzün. Üzərlərinə krem çəkin, qara gavalı qoyun, ikinci 6 dairəni üstlərinə qoyun, yenə krem çəkib gavalı düzün. Sonuncu 6 dairəni də üstdən qoyun, üzərlərinə və kənarlarına krem çəkin. Qoz, biskvit ovuntuğu, vafli, yaxud marşmellou ilə bəzəyin.

Nuş olsun!

Bal arıları pirojna resepti - FOTO RESEPT

Bal arıları pirojna resepti - FOTO RESEPT

Etiketlər: qoyun, gavalı, şəkər, yaxud, çəkin, xırdalayın, mikserlə, düzün, blenderdə, dairəni, çalın, Biskvitin, biskvit, kəsin, korjlardan, dairələr, artıqlarını, üstünə, pirojnaların, forma
BİZİ İZLƏYİN