• Brownie resepti

Reseptin məlumatları Baxış sayı: 14 505

Tarix : 16-03-2017, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
150 qram kərə yağı
250 qram toz şəkər
150 qram kakao
70 qram un
3 dənə yumurta
1 paket vanil

Hazırlanması:
150 qram yağ bir tavada yaxşıca əridirin. Üstünə kakao və toz şəkəri əlavə edərək qarışdırmağa başlayın. Hazırladığınız qarışığı başqa bir qaba alın və 3 dənə yumurtanı həmin qaba qırın. 70 qram unu qaba ələyərək əlavə edin. Arxasınca vanili də əlavə edin. Yağlı kağızı 20 sm-lik bir soba qabına açın. Hazırladığımız xərci soba nimçəsinə tökün. Əvvəlcədən isidilmiş 160 dərəcəlik sobada təxminən 35 dəqiqə qədər və ya brownienin orta qisimi sərt olana qədər bişirin. Bir azsoyumağını gözləyin və kəsin. Servis qabına aldıqdan sonra üstünü toz şəkəriylə bəzəyək servis edin.

Nuş olsun!
Etiketlər: əlavə, qədər, qabına, kakao, dəqiqə, təxminən, brownienin, qisimi, sobada, dərəcəlik, nimçəsinə, tökün, Əvvəlcədən, isidilmiş, olana, bişirin, üstünü, şəkəriylə, bəzəyək, servis
BİZİ İZLƏYİN