• Trileçe resepti

Reseptin məlumatları Baxış sayı: 4089

Tarix : 27.03.2017, 12:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
5 ədəd yumurta
10 yemək qaşığı şəkər
1 su stəkanı duru yağ
10 yemək qaşığı un
5 yemək qaşığı manna yarması
1 paket vanil
1 paket qabarma tozu

Şərbəti üçün:
5 su stəkanı soyuq süd
5 yemək qaşığı şəkər kirşanı
400 ml. krem
2 yemək qaşığı süd tozu

Karamel üçün:
5 yemək qaşığı şəkər kirşanı
1 yemək qaşığı marqarin
1 paket krem

Hazırlanması:
Qarışdırma qabına yumurta və şəkəri əlavə edib rəngi açılana qədər çırpın.
Yağı yavaşca əlavə edib çırpmağa davam edin, içinə un, manna yarması, qabartma tozu və vanil qoyub qarışdırın.
Sadaladığmız vəsaitləri maye qarışığa qarışdırın, yavaşca qarışdırın.
Tamamilə harmanlandığında soba qabına tökün və 170 dərəcə əvvəldən isidilmiş sobada 40-45 dəqiqə bişirin.
Bütün şərbət vəsaitlərinizi bir kasaya qoyun və süd köpüklənənə qədər çırpın .
Karamel üçün şəkəri teflon tavaya qoyub karamel olana qədər bişirin, marqarin və kremi sürətlicə içinə əlavə edin və qarışdırın.
Keksi soyuqkən dilimləyin. Keksə kürdanla dəliklər açın və soyuq şərbəti üzərinə tökün. Şərbəti tamamilə çəkdiyində üzərinə karamel tökərək servis edin.

not:
Keksə şərbətini yavaş yavaş əlavə edin, keksin şərbəti tamamilə çəkməsini gözləyin.
Keksin şərbətini verdikdən sonra soyuducuda bir müddət saxlayın.
Əgər üzərində çoxlu köpük qalsa karamel tökmədən əvvəl köpüyün bir qismini alın.

Nuş olsun!

Etiketlər: qaşığı, yemək, qarışdırın, əlavə, şəkər, paket, qədər, karamel, yavaşca, şərbəti, üzərinə, çırpın, qoyub, tökün, yavaş, yumurta, bişirin, tamamilə, içinə, qabına
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica