• Portağallı şarlotka resepti

Reseptin məlumatları Baxış sayı: 16 724

Tarix : 16-08-2014, 04:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1.5 st. un
1,5 st. şəkər tozu
5 yumurta
2 portağal
şəkər pudrası

Hazırlanması:
Yumurta və şəkər tozunu mikserlə çalın, sonra un səpib qarışdırın.

Formanı yağlayın, xəmirin 1/3-ni içinə tökün. Portağalın qabığını təmizləyin, tumlarını çıxarın, dilimlərini təmizləyib hər birini iki yerə bölün. Doğranmış portağalların yarısını xəmirin üstünə düzün. Xəmirin 1/3-ni portağalların üstünə tökün, üzərinə yenə portağal dilimləri düzüb xəmirin qalanı ilə qapadın.

Formanı 180 dərəcə qızdırılmış sobaya qoyub 20-30 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

Hazır şarlotkanın üzərinə şəkər pudrası səpin.

Nuş olsun!
Etiketlər: şəkər, xəmirin, üzərinə, üstünə, tökün, pudrası, portağalların, portağal, Hazır, Formanı, dərəcə, qapadın, dilimləri, düzün, Xəmirin, qızdırılmış, düzüb, qalanı, dəqiqə, şarlotkanın
BİZİ İZLƏYİN