• Şokoladlı sırnik resepti

Reseptin məlumatları Baxış sayı: 26 065

Tarix : 11-08-2014, 15:36

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Şokoladlı xəmir:

1 fincan süd
125 q kərə yağı
3 dolu ç.q. kakao
50 q tünd şokolad
130 q şəkər tozu
3 yumurtanın sarısı
3 yumurtanın ağı
280 q un
1 dolu ç.q. qabartma tozu

Kəsmikli iç:
750 q kəsmik
150 q şəkər tozu
50 q kərə yağı
1 x.q. un
1 x.q. nişasta
4 yumurtanın sarısı
4 yumurtanın ağı
1 ç.q. vanil ekstraktı və ya vanilli şəkər

Qlazur:
200 q şokolad
50-100 ml qaymaq
50 q kərə yağı

* 1 fincan - 240 ml
dördbucaqlı forma (25x30 sm)

Hazırlanması:
Şokoladlı xəmir:

Qazana süd tökün, yağı hissələrə bölüb içinə atın, kakao, doğranmış şokolad, şəkər tozu əlavə edin. Vam ocağın üstünə qoyun, eynicinsli kütlə alınanadək qarışdırın, amma qaynatmayın. Ocaqdan götürüb soyudun. Yumurta sarılarını, qabartma tozu ilə birlikdə ələnmiş un əlavə edin. Lap sonda çalınmış yumurta ağlarını əlavə edin.

Kəsmikli iç:
Kəsmiyi blenderdən şəkər tozu ilə keçirin, yumurta sarılarını, un, nişasta, yumşaldılmış kərə yağı əlavə edib çalın. Lap sonda ayrıca çalınmış yumurta ağlarını əlavə edin.

Siniyə xəmirin 1/3-ni döşəyin. Çay qaşığı ilə kəsmikli içdən götürüb üstünə qoyun (yanaşı təpəciklər kimi). Üzərinə bir az şokoladlı xəmir tökün, sonra yenə kəsmikli içdən əvvəlki kimi düzün. Bu qayda ilə xəmir və iç qurtaranadək onları siniyə yerləşdirin.

180 dərəcə qızdırılmış sobanın aşağı gözünə içinə qaynar su tökülmüş sini qoyun. Orta gözə isə sırnikin olduğu sinini.

Sırnikin bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın. Bişdikdən sonra sobanı söndürün, qapağını yarıaçıq qoyun, sırniki içində 20 dəqiqə saxlayın.

Şokoladlı pomada hazırlayıb soyumuş sırnikin üzərinə çəkin. Soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, yumurtanın, qoyun, xəmir, şokolad, yumurta, kəsmikli, ağlarını, sırnikin, üstünə, sonra, Şokoladlı, içdən, sonda, çalınmış, tökün, fincan, saxlayın, qabartma
BİZİ İZLƏYİN