• Qəhvəli asan piroq resepti

Reseptin məlumatları Baxış sayı: 6576

Tarix : 31.03.2017, 12:00

Bölmə : Şirniyyatlar » Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
0,5 st. qatıq
3 ç.q. qəhvə (tezəriyən)
2 yumurta
1 st. şəkər tozu
100 q yumşaq yağ
1 st. un
1 qabartma tozu

krem:
4 x.q. şəkər tozu
4 x.q. xama
4 ç.q. qəhvə

Hazırlanması:
Yarım stəkan qatıqda 3 ç.q. qəhvəni əridin.
2 yumurta ilə 1 st. şəkər tozunu çalın. Qəhvəli qatığı, 100 q yumşaldılmış yağ, 1 st. un, qabartma tozunu əlavə edib qarışdırın.
Formanı yağlayın, perqament döşəyin.
Xəmiri içinə töküb 180 dərəcədə 30-40 dəqiqə bişirin. Bişib-bişmədiyini taxta çöplə yoxlayın.

Krem üçün göstərilən ərzağı çalın. Onun miqdarını artırıb-azalda da bilərsiniz. Bu zaman şəkər tozu ilə xamanı xörək, qəhvəni çay qaşığı ilə götürün, nisbət isə eynidir, yəni hərəsindən eyni sayda qaşıq. Kremi piroqun arasını kəsib ortasına, yaxud da sadəcə üzərinə çəkə bilərsiniz.

Nuş olsun!

Etiketlər: şəkər, qəhvəni, bilərsiniz, tozunu, çalın, qabartma, yumurta, qəhvə, götürün, zaman, xörək, xamanı, qaşığı, azalda, göstərilən, ərzağı, miqdarını, artırıb, nisbət, Kremi
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica