• Fındıqlı gəlin çantası resepti

Reseptin məlumatları Baxış sayı: 12 757

Tarix : 2-04-2017, 20:00

Bölmə : Piroq və Kekslər / Peçenye reseptləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1stəkan süd
1 ədəd yumurta
3 xörək qaşığı duru yağ
1 stəkan şəkər tozu
2 xörək qaşığı kakao
1 stəkan un
1 ədəd vanil
1 ədəd qabartma tozu

iç:
1 ədəd krem-şanti
2 stəkan soyuq süd

Kənarlarına sous üçün:
1 stəkan üyüdülmüş fındıq

Hazırlanması:
Dərin bir qaba süd, yumurta, duru yağ və 1 stəkan şəkər tozu əlavə edib mikserlə yaxşıca çalın. Daha sonra un və 2 xörək qaşığı kakao, vanil və qabartma tozunu əlavə edib mikserin yüksək sürətində həcmi 3 dəfə artanadək çalın. Ocaqda tavanı isidib, içini yağlamadan, istədiyiniz ölçüdə xəmir əlavə edin. Hər iki üzünü bişirin. Xəmir qalın olmamalıdır. Daha sonra bir qaba çəkib soyumasını gözləyin. Bir-birinə yapışmamasına diqqət edin.

Başqa bir qabda krem şantinin üzərinə 1 stəkan soyuq halda olan süd əlavə edib, yaxşıca qarışdırın. Daha sonra krem torbasına doldurub bişən xəmirlərin üzərinə yarıya kimi əlavə edib yarım ay şəklində qatlayın. Krem-şantili hissəsini fındığa batıraraq qablara düzün. Soyuducuda 1 saat saxlayıb, servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkan, əlavə, sonra, qaşığı, xörək, soyuq, üzərinə, yaxşıca, çalın, vanil, yumurta, qabartma, şəkər, kakao, halda, xəmirlərin, bişən, doldurub, torbasına, qarışdırın
BİZİ İZLƏYİN