• Köklü və darçınlı keks resepti

Reseptin məlumatları Baxış sayı: 8 388

Tarix : 3-04-2017, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 stəkan un
2 stəkan şəkər tozu
1 paket qabartma tozu və 1 çay qaşığı soda
1 paket vanil

Duru ərzaqlar:
1 stəkan süd
1 stəkan zeytun yağı və ya 125 qram kərə yağı
2 və ya 3 yumurta
2 xörək qaşığı limon suyu

İçlik üçün:
4 ədəd rəndələnmiş kök
Arzu edilsə, 1 stəkan çəkilmiş qoz və ya fındıq

Üzəri üçün:
Bol darçın

Hazırlanması:
Əvvəl köklərin qabıqlarını təmizləyib rəndələyin, ya da blendrdan keçirin.
Yumurtaları çırpın, süd, zeytun yağı, limon suyu əlavə etdikdən sonra yenə qarışdırın. Quru ərzaqları az-az əlavə edərək, unu da töküb yaxşıca qarışdırın.

Keks xəmiri 200 dərəcə temperaturda üzəri qabarana kimi bişirilir. Xəmir qabaranda temperaturu 170 dərəcəyə endirin. Çöpü keksə batırdığınız zaman təmiz çıxarsa, demək bişib.

Nuş olsun!
Etiketlər: stəkan, limon, zeytun, qarışdırın, qaşığı, əlavə, paket, temperaturda, dərəcə, qabarana, üzəri, töküb, ərzaqları, edərək, bişirilir, yaxşıca, xəmiri, temperaturu, təmiz, çıxarsa
BİZİ İZLƏYİN