• Pankek resepti

Reseptin məlumatları Baxış sayı: 168 022

Tarix : 10-04-2017, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Xatirə


Tərkibi:
2 ədəd yumurta
3 x.q şəkər tozu
2 stəkan süd (600 ml)
3 x.q duru yağ(və ya ərinmiş kərə yağı)
2.5 stəkan un (420 q)
1 ç.q qabartma tozu
1 paket vanil
çox az duz

Hazırlanması:
Əvvəlcə yumurta ilə şəkər tozunu yaxşıca çırpırıq. Süd və duru yağ əlavə edib qarışdırırıq, sonra ələnmiş un, qabartma tozu, vanil əlavə edilib qarışdırılır. Qətiyən içində potluq olmamalıdır. Xəmiri blincik xəmirindən biraz qatı, keks xəmirindən isə biraz duru olmalıdırki, altı yapişmayan tavaya tökdükdə özü normal yayılsın. Balac bir çömçə vasitsilə (hər dəfəsində eyni miqdar götürə bilək deyə) tavaya biraz yuxardan yavaşca tökürük, o üz bu üz qızardırıq və budur pankeklərimiz hazır.

Süfrəyə verərkən tamamilə zövqə görə istər şokoladla istə krem şanti istər müxtəlif gilə meyvələrlə və ya dondurma ilə bəzəyib təqdim edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: biraz, tavaya, əlavə, istər, vanil, xəmirindən, yumurta, qabartma, stəkan, şəkər, qızardırıq, budur, miqdar, yavaşca, yuxardan, pankeklərimiz, götürə, bilək, tökürük, tamamilə
BİZİ İZLƏYİN