• Kakaolu yaş keks resepti

Reseptin məlumatları Baxış sayı: 3 779

Tarix : 12-04-2017, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Husniyya


Tərkibi:
Biskviti üçün:
3 yumurta
1 su st. süd
1 su st şəkər tozu
1/2 st bitki yağı
2-3 y.q kakao
1 paket vanil
1 paket qabartma tozu
2 su st un

Kakaolu sousu üçün:
1-2 su st süd
1 su st şəkər tozu
1 -2 y.q bitki yağı
2 y.q kakao

Üzəri üçün:
Kokos və ya
Qoz ləpəsi

Hazırlanması:
Biskvitin bütün ərzaqlarını qarışdırıb borcama töküb ( istiliyə davamlı şüşə qab) 170'də bişiririk. Sousu üçün südü qızdırıb şəkər tozunu əlavə edib əridirik və yağı əlavə edib qarışdırırıq ən sonda kakaonu tökürük. Biskviti soyudub doğrayırıq və üzərində taxta çöplə deşiklər açırıq ki ,sousu tökəndə yaxşı hopsun və yaşlıq versin . Sousun hamısını tökürük ilk əvvəl çox kimi gələcək amma yavaş-yavaş hamısı hopacaq. Sonda dilimlərin üzərini istəyə uyğun kokos və ya qoz ləpəsi ilə bəzəyirik və hazırdı.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, Biskviti, ləpəsi, tökürük, yavaş, kakao, bitki, paket, yaxşı, hopsun, yaşlıq, versin, çöplə, tökəndə, deşiklər, açırıq, Sousun, kisousu, hazırdı
BİZİ İZLƏYİN