• Sevgililər günü kapkeykləri resepti

Reseptin məlumatları Baxış sayı: 2 117

Tarix : 14-04-2017, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Husniyya


Tərkibi:
100qr kərə yağı
1/2 st şəkər tozu
2 yumurta
1/2 ç.q vanil
1/2 ç.q qabartma tozu
1 st un
2 y.q kakao tozu

Hazırlanması:
Əvvəlcə yağ və şəkər tozunu mikserlə qarışdırıb üzərinə bir-bir yumurtaları əlavə edirik və sonra vanil ,un,qabartma tozu və sonda kakao tozunu əlavə edib, qarışdırıb qablara töküb, 175' də bişiririk.
Üzəri üçün yarım paket krem şanti və şokolada ehtiyac olacaq.
Üzərini hazırlamağı şəkillərlə izah etməyə çalışmışam çox sadə bir şeydi,onu da paylaşacam. Bu reseptdən 10 kiçik ölçülü kapkeyk alınır.

Nuş olsun!
BİZİ İZLƏYİN