• Çizkeyk görünüşlü mini piroqlar resepti

Reseptin məlumatları Baxış sayı: 2 950

Tarix : 18-04-2017, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Husniyya


Tərkibi:
1 paket peçenye
100qr kərə yağı
200qr labne pendiri(pınar)
300qr xama
3/4 st şəkər tozu
2 yumurta
4 y.q un
vanil

Hazırlanması:
Peçenyaları ya blenderlə ya da süfrənin arasında xırdalayıb ,ovuntu halına gətiririk və ərinmiş kərə yağını əlavə edib, yaxşıca qarışdırırıq və bişirəcəyimiz maffin qablarının dibinə peçenyeli qarışımı yerləşdirib ,biraz da stəkanın altı ilə üzərindən presləyirik ki ,dağılmasın və səliqəli olsun. Sobada 5-10dəqiqə bişirib, çıxarıb qoyuruq bir kənarda soyusun, keçirik üst hissəni hazırlamağa. Pendir və xamanı qarışdırıb ,şəkər tozunu əlavə edib qarışdırmağa davam edirik,bir-bir qarışdıra-qarışdıra yumurtaları əlavə edib, sonda un və vanili də töküb, yaxşıca həll edirik və bişirdiyimiz alt hissənin üzərinə tökürük ,sobaya qoyub kiçik bir qabda da su qoyuruq üzəri çatlamasın səliqəli bişsin və 160'də təxminən 15-25 dəq bişiririk. Qabı yellədikcə üzərindəki kütlə tərpənmirsə hazırdı demək götürüb ,soyudun,üzərinə giləmeyvə püresi və ya meyvəli jelatin hazırlayıb tökürük və 1gün soyuducuda qalsın sonra nuş olsun ! Dadı nə çizkeyk kimi ,nə smetannik ,nə də tart kimidir demək olmaz,yəni dadı biraz fərqli olur.

Nuş olsun!
Etiketlər: əlavə, olsun, səliqəli, demək, qoyuruq, yaxşıca, üzərinə, edirik, qarışdıra, davam, qabda, qarışdırmağa, üzəri, təxminən, bişsin, çatlamasın, kiçik, qoyub, bişirdiyimiz, sonda
BİZİ İZLƏYİN