• Puf Puf keks resepti

Reseptin məlumatları Baxış sayı: 5 385

Tarix : 17-04-2017, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
5 yumurta (otaq temperaturunda)
350 qr şeker (2 su st.)
200 ml duru yağ (1 su st.)
200 ml süd (1 su st.)
315 qr un (2 su st + 3/4 su st.)
1 paket vanil
1 paket qabartma tozu
20 qr kakao (2 yemek qaşığı)
2 yemək qaşığı süd
2 avuc xırda doğranmış fındıq (arzu edilərsə)
1 avuc damla şokalad (arzu edilərsə)

Hazırlanması:
1. Yumurta və şəkəri təxminən 10 dəq krem halına gələnə qədər mikserlə çalın.Mən ilk öncə yumurtanın ağın çalıb sonra yumurta sarısı və şəkəri əlavə edirəm.
Diqqət! yumurta və şəkər çox yaxşı çalınanda yumurta qoxusu olmur.
2. Yağ + süd əlavə olunur çalınır
3. Un, qabartma tozu, vanil əlavə olunaraq yenidən mikser vasitəsilə çalınır. İstəyə görə xırda doğranmış fındıq, damla şokalad əlavə olunur qarışdırılır.
4. Yağlanmış və azca uz sərpilmiş keks qabına təxminən xəmirin 2/3 si əlavə olunur.Yerdə qalan xəmirə kakao və süd əlavə olunaraq yenidən çırpılır və xəmirin üzərinə boşaldılır.
5. Əvvəlcədən qızdırılmış 160 dərəcə sobada təxminən bir 50 – 60 dəq bişirilir.
Diqqət! ilk 40 dəq sobanın qapağını açmayın.
Nəticəniz = çox yumşaq və gözəl qabarmış, herkəs tərəfindən bəyəniləcək ləzzətli bir keks.

Nuş olsun!
Etiketlər: əlavə, yumurta, təxminən, olunur, şəkəri, şokalad, Diqqət, edilərsə, olunaraq, çalınır, fındıq, yenidən, damla, doğranmış, vanil, paket, xəmirin, kakao, qabartma, xırda
BİZİ İZLƏYİN