• Almalı və portağallı tart resepti

Reseptin məlumatları Baxış sayı: 3 951

Tarix : 17-04-2017, 14:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
Xəmiri üçün:
1 su st şəkər
1 yumurta
1 paket vanil
1 armudu st duru yağ
125 gr marqarin və ya kərə yağı (125 gr)
1 paket qabartma tozu
Sürtgəçdən keçirilmiç 1 portağal qabığı
Aldığı qədər un (diqqət eliyin sonda xəmir ələ yapışmasın və yumşaq alınsın)

İçi üçün:
4 ədət alma
2 ədət portağalın içi
Sürtgəçdən keçirilmiş 1 portağal qabığı
yarım su st şəkər
1 balaca qaşıq darçın
Yarım su st. xırda doğranmış Qoz- fındıq

Üzəri üçün:
Pudra şəkəri

Hazırlanması:
Əvvəlcə içi üçün almaların qabığını soyub sürtgəçdən keçiririk.Portağalların qabığını soyub içini balaca kvadrat şəklində doğrayırıq.Darçın və qoz- fındıq, şəkər əlavə olunaraq qarışdırılır .Sulanması üçün kenarda 20-30 dəq saxlayırıq.
Xəmir üçün bütün inqrediyentlər bir qabda yoğrulur. Üzəri üçün Xəmirin 1/3 hissəsi ayrılır. Qalan xəmiri tarta qabına səliqəli şəkildə yayırıq. Hazırladığımız için suyun süzüb ( artıq suyu vitamin suyu kimi də evdə istifadə edə bilərsiz ) xəmirin üzərinə əlavə edirik. Sonda kənara qoyduğumuz 1/3 xəmiri tartın üzərinə sürtgəçdən keçiririk. (zövqə görə xəmiri açıb fiqurlar vey a lent şəklində də tartın üzərinə qoya bilərsiz)
180 dərəcə əvvəlcədən qızdırılmış sobada üzəri qızarana qədər bişirilir.

Nuş olsun!
Etiketlər: üzərinə, xəmiri, şəkər, sürtgəçdən, keçiririk, bilərsiz, tartın, balaca, Üzəri, fındıq, qabığını, soyub, qədər, şəklində, əlavə, paket, portağal, Sürtgəçdən, qabığı, şəkildə
BİZİ İZLƏYİN