• Browni resepti

Reseptin məlumatları Baxış sayı: 24 172

Tarix : 19-04-2017, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
• 3 yumurta
• 1,5 su st şəkər
• 1,5 su st süd
• 1 su st duru yağ
• 1 paket kakao (25qr)
• 1 paket qabartma tozu
• 1 paket vanil
• 2 su st un

Üzərinə sousu hazırlamaq üçün:
• 1 su st kakaolu xəmir (un əlavə etməmişdən əvvəl keks xəmirindən 1 st kakaolu mayeni ayiırırıq)
• Yarım st süd

Üzəri üçün:
• Doğranmış fındıq

Hazırlanması:
Yumurta və şəkəri yaxşıca çaldıqdan sonra üzərinə süd, duru yağ kakao əlavə olunur. Bu qarışımdan bir stəkan götürürük kənara qoyuruq.Qalan qarışıma un, qabartma tozu, vanil əlavə edirik keks xəmiri əldə etmiş oluruq. Yağlanmış keks qabına xəmirimizi boşaldırıq 170 dərəcə sobada bişiririk. Vaxt itirmədən qazanda ayırdığımız keks qarışımının üzərinə süd əlavə edirik qazın üzərində normal temperaturda qaynayana qədər qarışdırırıq. Sobadan çıxardığımız keksin üzərinə hazırladığımız sousu əlvə edirik (Diqqət edin çox isti olmasın️ ). 1 saat sonra dograyaq ve üzərinə doğranmış fındığı səpirik.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, edirik, paket, sousu, sonra, kakaolu, xəmirindən, yumurta, ayırdığımız, kakao, vanil, qabartma, Sobadan, qarışdırırıq, çıxardığımız, keksin, itirmədən, qarışımının, qədər
BİZİ İZLƏYİN