• Poke keks resepti

Reseptin məlumatları Baxış sayı: 4 106

Tarix : 19-04-2017, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
• 2 yumurta
• 1,5 armudu st. süd
• 1 armudu st duru yağ
• 1 armudu st şəkər
• 3 armudu st un
• 1 paket vanil
• 1 paket qabartma tozu

Üzəri üçün:
• 1 paket şokaladlı puding
• 750ml süt (pudingi paketinin üzərində təlimatlar yazılıb.Paketə görə südün miqdarı dəyişə bilər)

Hazırlanması:
İlk öncə yumurta və şəkərləri mikserlə çalırıq. Üzərinə duru yağ, süd, un ,kabartma tozu, vanil əlavə edərək keks xəmirin hazır etmiş oluruq. 28X28 ölçüdə yağlanmış qaba xəmirimizi boşaldırıq. 175 dərəcə əvvəlcədən qızdırılmış sobada bişiririk. Keks xəmiri soyuduqdan sonra uzərində oxlov başı ilə ( ona bənzər başqa bir şey də ola bilər) deşıklər açırıq. Hazırladığımız pudingi keksin üzərinə boşaldırıq. Zövqə görə üzərinə servis edərkən hindistan qozu (hindistan cevizi) səpə bilərsiz.

Nuş olsun!
Etiketlər: armudu, paket, bilər, pudingi, üzərinə, yumurta, hindistan, boşaldırıq, vanil, xəmiri, soyuduqdan, uzərində, bişiririk, sonra, əvvəlcədən, xəmirimizi, dərəcə, qızdırılmış, sobada, deşıklər
BİZİ İZLƏYİN