• Bisküvili yalancı tavuk göğsü resepti

Reseptin məlumatları Baxış sayı: 3 548

Tarix : 20-04-2017, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
• 125 gram kərə yağı (və ya marqarin)
• 1 su.st un
• 1.5 su st. şəkər
• 1 litr süd
• 1 paket vanil

Hazırlanması:
1.Kərə yağı+ un orta dərəcə qazda 2-3 dəq dayanmadan qarışdırırıq.
2.Üzərinə şəkəri əlavə edib 1 dəq yenidən dayanmadan qarışdırırıq.
3.Daha sonra südü yavaş yavaş əlavə edirik bu müddətdə davamlı olaraq qarışdırırıq ki topa vəziyyətdə qalmasın. Qatılaşana qədər qarışdırırıq
4.Qazın üzərindən götürürük “tavuqgöğsünə” vanili əlavə edib mikser vasitəsilə çalırıq.
5.Sonda istifadə edəcəyimiz qaba petibör peçenyeleri bir qatda düzürük (məsələn sadə peçenyeni) və üzərinə hazırladığımız sousu əlavə edib yayırıq.Və yenidən kakaolu peçenyələri proseduru təkrarlayırıq.Artıq qalan peçenyələri un halına gətirib üzərini istədiyimiz kimi bəzəyirik. Təxminən 2 saat soyuducuda saxlayırıq və artıq şirniyyatımız hazırdı.
Qeyd❗️: Hər ehtimal qabınızın ölçüsünü nəzərə alaraq əlavə peçenyə paketi ala bilərsiz.

Nuş olsun!
Etiketlər: əlavə, qarışdırırıq, peçenyələri, yenidən, yavaş, dayanmadan, istədiyimiz, təkrarlayırıq, Artıq, üzərini, gətirib, qalan, halına, bəzəyirik, hazırladığımız, üzərinə, sousu, yayırıq, peçenyeni, kakaolu
BİZİ İZLƏYİN