• Almalı rulet resepti

Reseptin məlumatları Baxış sayı: 6 721

Tarix : 20-04-2017, 17:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
Keksi üçün:
4 yumurta
1 su st. şəkər
1 armudu st. süd
2 su st. un
1 paket qabartma tozu
1 paket vanil

Almalı iç üçün:
6-7 ədət alma
1 su st. şəkər
Yarım su st. iri doğranmış fındıq
2 çay qaşığı darçın

Üzeri üçün:
pudra şəkəri(isteye gore)

Hazırlanması:
İlk əvvəl almaları sürtgəçdən keçirək və üzərinə şəkər əlavə edib suyu çəkilənə qədər bişirək.Sona yaxın doğranmış qoz və darçını əlavə edib biraz daha bişirək.Sonra soyuması üçün kənara qoyuruq.
Keçək xəmirinə Yumurtaları ağ olana qədər mikserlə yaxşıca çalırıq, şəkərimizi əlavə edib çalmağa davam edirik. Südü əlavə edib dayanmadan çalırıq. Sonda Un+qabartma tozu+ vanil əlavə edib mikser və ya əllə qarışdırırıq.
Qeyd: orjinal reseptdə əllə qarışdırılmağı vurğulanır ama mən heç bir fərq görmədim nəticələr arasında yəni mikserlə davam
Sonda hazırladığımız xəmiri bişirmə kağızı üzərinə bərabər şəkildə yayırıq və 175 dərəcə sobada qapağı açılmamaq şərtilə kontrol edirsiz və üzəri biraz qızaran kimi sobanı açıb xəmirin bişib bişmədiyini kontrol edirsiz və sobadan çıxarırsız.
Note!!!!!! Xəmiri sobadan çıxardıqdan dərhal sonra bir əlcək köməyilə xəmiri bişirmə kağızı ilə birlikdə rulet formasında bükün açın( 2-3 dəfə).Çünki, isti vəziyyətdə xəmiri bükməsəz daha sonra büküləndə parçalana bilər.
Almalı içimizi ruletimizə gözəl şəkildə yayıb(kənarlardan yer saxlıyaq ki, kenardan içimiz çıxmasın) isti vəziyyətdə bükdüyümüz istiqamətdə ruletimizi bükürük (bu dəfə artıq bişirmə kağızın ruleti bükə bükə yavaş –səliqəli şəkildə çıxarırıq). 40-45 dəq sonra üzərinə (arzuya görə) pudra şəkəri əlavə edib dilimləyib servis edə bilərsiz.

Nuş olsun!
Etiketlər: əlavə, xəmiri, şəkildə, sonra, üzərinə, bişirmə, şəkər, qədər, kağızı, paket, qabartma, vanil, biraz, mikserlə, Sonda, davam, vəziyyətdə, çalırıq, Almalı, bişirək
BİZİ İZLƏYİN