• Şokolad puddingli rulet resepti

Reseptin məlumatları Baxış sayı: 3 222

Tarix : 20-04-2017, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
Xəmiri üçün:
4 yumurta
1 su st. şəkər
1 armudu st süd
2 su st.dab biraz az un
1 paket qabartma tozu
1 paket vanil
Kakao

İçi üçün:
Bir paket şokoladlı pudding
Doğranmış qoz-fındıq

Üzəri üçün:
pudra şəkəri

Hazırlanması:
İlk öncə yumurtaları mikserlə ağ rəng olana qədər çalırıq.Daha sonra şəkəri əlavə edib çalırıq və südü əlavə edirik mikserlə çalmağa davam edirik.Un+vanil+qabartma tozu elavə edək yenidən çalaq.Hazırladığımız xəmirin yarısın ayıraq kakao əlvə edək qarışdıraq.Bişirmə kağızına bir qaşıq sadə yanına bir qaşıq kakaolu xəmir əlavə edək proseduru davam edək.175 dərəcə öncədən qızdırılmış sobada 20 dəq bişirək.Diqqət‼️ sobanın qapağın açmayın bişirmə müddətində.
Keçək puddingimizə.Punding paketinin üzırindəki təlimata görə pudingimizi bişiririk.
Diqqet‼️Sobadan çıxardığımız ruletimizi isti isti əlcək vasitəsilə bükək açaq bükək açaq çünki soyumuş vəziyyətdə bükəndə qırıla bilər.Daha sonra pudingimizi yayaq ruletimizə üzərinə istəyə görə qoz fındıq əlavə edək və bükək yarım saat sonra doğrayıb süfrəyə təqdim edə bilərsiz.

Nuş olsun!
Etiketlər: əlavə, sonra, bükək, paket, mikserlə, şəkəri, çalırıq, qaşıq, fındıq, pudingimizi, davam, edirik, vanil, qabartma, bilərsiz, paketinin, üzırindəki, təlimata, Diqqet‼️Sobadan, bişiririk
BİZİ İZLƏYİN