• Pofidik keks resepti

Reseptin məlumatları Baxış sayı: 4 885

Tarix : 21-04-2017, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
5 böyük yumurta (otaq temperaturunda)
2 su st. Şeker
1 su st duru yağ
1 su st süd
2 su st + 3/4 su st un
1 paket vanil
1 paket qabartma tozu
2 avuc xırda doğranmış fındıq

Hazırlanması:
Yumurta və şəkəri təxminən 10 dəq krem halına gələnə qədər mikserlə çalın.Mən ilk öncə yumurtanın ağın çalıb sonra yumurta sarısı və şəkəri əlavə edirəm.Bele yolla Daha çox qabarır keks
Yağ + süd əlavə olunur çalınır
Un, qabartma tozu, vanil əlavə olunaraq yenidən mikser vasitəsilə çalınır. İstəyə görə xırda doğranmış fındıq əlavə olunur qarışdırılır.
Yağlanmış və azca uz sərpilmiş keks qabına keks xəmiri əlavə olunur.
Əvvəlcədən qızdırılmış 160 dərəcə sobada təxminən bir 50 – 60 dəq bişirilir.

Diqqət! İlk 40 dəq sobanın qapağını açmayın.

Nuş olsun!
Etiketlər: əlavə, olunur, doğranmış, təxminən, xırda, şəkəri, fındıq, qabartma, yumurta, çalınır, paket, vanil, sərpilmiş, qabına, Yağlanmış, vasitəsilə, xəmiri, İstəyə, qarışdırılır, bişirilir
BİZİ İZLƏYİN