• Tiramisu - tart resepti

Reseptin məlumatları Baxış sayı: 5 725

Tarix : 2-06-2018, 18:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
Keks üçün:
• 2 yumurta
• 1 armudu st. şəkər
• 1 armudu st. süd
• 1 armudu st. duru yağ
• 1 qabartma tozu
• 1 vanil
• 2 yemek q.kakao
• 2 armudu st.un

Keksi yaş etmək üçün:
• Yarım su st. ilıq su
• 1 çay.q qəhvə

Sousu üçün:
• 1 yumurta sarısı
• 1 armudu st. şəkər
• 2 yemək qaşığı un
• 2.5 su st. süd
• 2 yemək q. labne pendiri (100 qr)

Üzəri üçün:
• Kakao

Hazırlanması:
Yumurta və şəkər 5 dəq müddətində mikser vasitəsilə çalınır daha sonra reseptdə qeyd olunmuş digər keks inqrediyentləri əlavə olunur yenidən çalınır. Hazırladığımız xəmiri yağlanmış qaba boşaldırıq 180 dərəcədə 15-20 dəq müddətində bişiririk.
Kremi üçün labne pendiri xaric bütün inqrediyentləri bir qabda qaz üzərində aşağı temperaturda qaynayana qədər davamlı qarışdırırıq. Sonra qaz üzərindən götürüb labne pendirin əlavə edib çalırıq.
Keksimizin üzərinə hazırladığımız kremi əlavə edirik səliqəli şəkildə və üzərinə kakao səpirik.

Nuş olsun!
Etiketlər: armudu, əlavə, şəkər, labne, yemək, inqrediyentləri, müddətində, çalınır, pendiri, üzərinə, yumurta, kakao, qaynayana, qədər, xaric, Kremi, temperaturda, bütün, qabda, aşağı
BİZİ İZLƏYİN