• Trileçe resepti

Reseptin məlumatları Baxış sayı: 6 716

Tarix : 22-04-2017, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
Keksi üçün:
5 yumurta
5 yemək qaşığı şəkər
5 yemək qaşığı un
1 paket vanil
1 paket qabartma tozu

Şerbəti üçün:
1,5 su stəkanı süd
1/2 paket krem(100 ml)
1 yemək q. şəkər

Üzəri üçün:
1 paket krem şanti
1 çay st. süd (qatı olması üçün 1 armudu stəkan süd kifayətdir)

Karameli üçün:
5 yemək qaşığı şəkər (100 gr.)
1 yemək qaşığı kərəyağı
1/2 paket krem (100 ml)

Hazırlanması:
Yumurtaları sarısından ayırırıq və yumurta ağların bir çimdik duzla biraz mikserlə çalıb azca köpüklənən kimi şəkəri əlavə edirik bu dəfə təmamilə qatı krem halına gələnə qədər mikserlə çalırıq.Daha sonra yumurta sarıların əlavə edirik yenə çalırıq sonda unu əlavə edirik 1 dəq mikserlə çalıb davamın qaşıqla altdan yuxarı xəmiri söndürməmək üçün qarışdırırıq.Qabımızı yağlayırıq xəmiri boşaldırıq və 170 dərəcədə qapağı açmamaq şərtilə 40 dəq bişiririk(sobalar fərqlidi ama üzəri azca qızaranda bişmiş olacaqdır əvvəlki şəkildən keksə baxa bilərsiz)
Şərbətə keçək. Süd+krem+şəkər bir qabda qaz üzərində qarışdırılır.Qaynatmayın tüstü çıxan kimi şərbəti kənara soyuması üçün qoyun.
Kremi üçün.Bir paket krem şantini 1armudu stəkan südlə krem halına gələnə qədər mikserlə çalırıq.Və krem hazırdır onu da kənara qoyaq Keçək karamelinə.Deməli karamel üçün şəkəri bir tavada əriyənə qədər səbrlə qarışdırırıq.Şəkər əriyən kimi kərəyağın əlavə edib yenidən qarışdırırq və sonda kremi yavaş yavaş əlavə edib qarışdırmağa davam edirik.Bu zaman narahat olmayın krem qarışdırıldıqda davamlı duru karamel vəziyyətinə gələcək.Soyuduqda isə qatılaşır. Diqqət şəkəri yandırmamağa diqqət eliyin rəngi çox tünd olacaq yoxsa.Əvvəlki postdan karamelin rənginə baxa bilərsiz.
Belə.Trileçenin bütün hissələri hazırdır.İlk öncə südlü şərbəti hissələrə böldüyümüz keksin üzərinə tökürük yaş etmək üçün. Süd keksə tam hopduqdan sonra krem şantini keksin üzərinə səliqəli şəkildə yayırıq.Krem şantinin bir hissəsin dekor üçün saxlıya bilərsiz. Daha sonra karameli keksin üzərinə yayırıq.

Nuş olsun!
Etiketlər: paket, yemək, əlavə, edirik, mikserlə, şəkər, qaşığı, qədər, üzərinə, keksin, çalırıq, bilərsiz, sonra, şəkəri, yumurta, xəmiri, çalıb, sonda, yavaş, keksə
BİZİ İZLƏYİN