• Almalı turta resepti

Reseptin məlumatları Baxış sayı: 6 543

Tarix : 24-04-2017, 14:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
2 yumurta
125 qr kərəyağı
1/2 çay st. duru yağ
1/2 çay st.süd
1 su st. şəkər
1 paket qabartma tozu
Un (texminen 4stekan.Siz kontrol ede ede elave edin unu)

Almalı iç üçün:
5 alma
1/2 su stəkan. Şəkər
2 çay qaşığı darçın

Üzəri için:
Pudra şəkəri

Hazırlanması:
Birinci almalı içi hazırlayaq. Deməli almaları soyub sürtgəçdən keçirək, üzərinə şəkəri əlavə edib aşağı qaz üzərində suyu çəkilənə qədər bişirək.Qabımızı kənara qoyaq üzərinə darçın əlavə edib qarışdıraq.
Keçək xəmirə, bütün xəmir iqrediyentlərin bir qabda yoğuraq.Çox yumşaq ələ yapışmayan xəmir olacaq. Turta qabımıza xəmirin ikidə birindən biraz artıq hissəni ayırıb qaba səliqəli şəkildə yayaqdaha donra almalı içimizi əlavə edək.Xəmirin qalan hissəsin açıb uzun (çox nazik eləmiyin) ip şəklində hissələrə ayıraq turtamızın üzərinə şəkildəki kimi düzək. 180 dərəcədə üzəri çəhrayı rəng olana qədər bişirək (çalışın çox qızartmayın).Budur turtamız hazırdır soyuduqdan sonra üzərinə çay süzgəci köməyilə pudra şəkəri səpib nuş edə bilərsiz.

Nuş olsun!
Etiketlər: üzərinə, əlavə, şəkəri, xəmir, darçın, almalı, bişirək, qədər, eləmiyin, şəklində, qalan, nazik, hissəsin, Xəmirin, içimizi, artıq, biraz, birindən, ikidə, hissəni
BİZİ İZLƏYİN