• Yaş keks resepti

Reseptin məlumatları Baxış sayı: 8 836

Tarix : 24-04-2017, 22:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
4 yumurta
1.5 su st. şəkər
1 su st süd
Yarım su st duru yağ
25g lıq bir paket kakao (daha artıq da ola bilər istəyə görə)
2 paket qabartma tozu
1 paket vanil
2.5 stəkan un (çox axıcı xəmir olmalıdı)

Sousu üçün:
su st süd
Yarım su st-dan iki barmaq az duru yağ
Yarım su st şəkər
3 yemək q. kakao

Hazırlanması:
İlk öncə yumurta və şəkəri mikserlə yaxşıca çalırıq. Daha sonra digər inqredientləri əlavə edirik axıcı bir xəmir əldə edirik.Yağlanmış keks qabımıza keks xəmirimizi boşaldırıq 170 dərəcədə texminen 35-40dəq bişiririk.(sobaya göre zaman deyişe biler)
Keçək sousa. Sous üçün göstərilmiş inqredientləri bir qabda şəkər həll oolana qədər qarışdıraq.
Sobadan çıxmış keksimizin üzərinə bərabər şəkildə sousun yarısın paylayaq. Sous keksə hopduqdan sonra keksimizi dilimləyək və yerdə qalan sousu yenidən paylayaq keksə.

Nuş olsun!
Etiketlər: paket, Yarım, şəkər, xəmir, axıcı, keksə, sonra, inqredientləri, edirik, paylayaq, yumurta, kakao, Sobadan, biler, çıxmış, qarışdıraq, qədər, göstərilmiş, oolana, sousa
BİZİ İZLƏYİN